145
X
urcun iki toxunma gözdən ibarət olmaqla, yun,
pambıq və s.-dən üzü palaz, kilim kimi, əsası isə
palaz kimi toxunurdu. Bəzən xovlu da toxunur.
Ağız hissəsinə közəklər salınır və onların içindən qotazlı
bağ keçirilir. Xurcun, adətən zili, şəddə, kilim və s. xovsuz
xalçalarda rast gəlinən həndəsi və stilizə olunmuş heyvan
və quş təsvirləri ilə bəzədilir. Xurcundan, əsasən, ərzaq
məhsulları, məişət əşyaları daşımaq üçün istifadə edilir.
Çiyinə, atın tərkinə salınır. Xurcunun ölçüsünə görə
Heybə, Qaşlıq və s. növləri var.
Xurcunumu çiynimə alaram...
Xurcun. Yun. Xovsuz. 130x60.
XX əsrin əvvəlləri.
Qarabağ qrupu, Xocalı, Azərbaycan.
H
eybə yun, pambıq və ipəkdən, əsasən, “qayıq”
texnikası ilə toxunan orta ölçülü xurcundur.
Heybə adətən çiyinə salınır və içində xırda
əşyalar daşınırdı. XIX–XX əsrlərdə ondan uşaqlar məktəb
çantası kimi istifadə etmişlər. Cecimdən hazırlanan
heybələr də olurdu ki, belə heybələrin ağız hissəsi bədii
tikmə, bafta ilə bəzədilir.
Heybə
Q
aşlıq həcminə görə
heybədən kiçik olan
xurcuna deyirlər.
Qaşlığın içinə yol azuqəsi
yığılır və atın yəhər qaşına
keçirilir. Qaşlıq adı da
bununla əlaqədardır. Ona
bəzən Yəhərqaşı da deyilir.
Qaşlıq
Heybə. Yun. Xovsuz. 40x25.
XX əsrin əvvəlləri. Şirvan qrupu, Azərbaycan.
1...,137,138,139,140,141,142,143,144,145,146 148,149,150,151,152,153,154,155,156,157,...200