154
XALÇAMIN
YEddİ rƏNGİ VAr
BöCƏK dƏ rƏNG
BƏxŞ EdİrMİŞ
Həmsöhbətim boya ustası Pərixanım xəlilovadır. 15
ildir bu sənətlə məşğul olan usta boyaqçılığı bacısından
öyrəndiyini deyir. Boyamaya olan sevgi və həvəsinin kökləri
isə lap uşaqlıq illərinə gedib çıxır: “Yaxşı yadımdadır ki,
bizim kənddə (Ağsu rayonundadır) qadınlar ipi qazanın
içində boyayır, sonra onu çəpərin, ya da telin üstündə
qurudurdular. Bu, çox gözəl mənzərə idi”. Onun sözlərinə
görə, bizdə bu sahədə ənənə və yüksək peşəkarlıq mövcuddur.
Azərbaycanda bitən onlarla bitkinin, ağacın kökündən,
meyvəsindən, yarpağından və hətta qabığından da təbii və
davamlı boyaların əldə edilməsi üçün istifadə edilə bilər.
Vaxtilə bitki mənşəli boyaq maddələri ilə yanaşı həşərat
mənşəli boyaqlardan və minerallardan da istifadə edilib.
Həşərat mənşəli boyaqlar xalçaçılıqda davamlı boyaq
maddəsi sayılır. Onlardan ən geniş yayılanı qırmızdan
(koşenil) alınan qırmızı rəng olub. Purpuru purpur
ilbizlərindən alır və qırmızı, bənövşəyi rənglərin müxtəlif
çalarlarını əldə edirdilər. Bu boyaq maddəsi digər həşəratdan
– qırmız böcəkdən əldə edilən koşenil boyağı meydana çıxana
qədər çox geniş istifadə olunurdu. Aşılayıcı maddələrin (zəy,
duz) köməyi ilə koşenil boyağından tünd­qırmızı, çəhrayı,
albalı rəngləri alırdılar. Amma heyvan mənşəli boyaqların
hazırlanması çətinliklə başa gəldiyindən hazırda “təbii
boyalar” deyəndə yalnız bitki mənşəli boyaqlar yada düşür.
1...,146,147,148,149,150,151,152,153,154,155 157,158,159,160,161,162,163,164,165,166,...200