138
C
ecimlər – üfüqi dəzgahlarda toxunurdu.
Cecimlərin eni 35-40 sm-dən, uzunluğu
isə 15-16 m-dən çox olmurdu. Bu ölçülər
toxuculuq texnikasının özünəməxsus xüsusiyyətləri
ilə şərtlənirdi. Cecimi qalan xovsuz xalçalardan
fərqləndirən xüsusiyyət odur ki, onun səthini arğac
ipləri deyil, rəngli əriş ipləri formalaşdırır, bunlar elə
seçilir ki, müxtəlif endə müxtəlif rəngli şaquli zolaqlar
yaradır.
Ornamental baxımdan cecimlərin iki variantı: saya
və ornamentli şaquli zolaqları olan cecimlər fərqlənir.
Ornamentli zolaqların naxışları xüsusi naxış ipi,
yaxud xalq arasında “bic kücü” adlandırılan “kücü
ağacı”nın əlavə elementlərinin köməyi ilə vurulur.
Cecimlərin istehsalı üçün quzuların yaz yunundan,
güzəmdənalınan, ceciməyumşaqlıqvəparlaqlıqverən
nazik xalça ipindən istifadə olunurdu. Çox zaman
cecimləri xam ipək, yaxud adi ipək materialından
toxuyurdular.
Məişətdə cecimdən döşək və döşəkçə üzü, heybə,
pərdə, ibadət xalçası, örtük kimi, eləcə də kişi və
qadınlar üçün üst paltarları tikməkdən ötrü istifadə
edilirdi. Cecimləri xüsusi zövqlə toxumağa çalışırdılar,
onlar öz gözəlliyi ilə diqqəti cəlb edirdi. Cecimlərin
istehsal mərkəzləri Bərdə, Ağcabədi, ləmbəran,
Şamaxı, Naxçıvan, Cəbrayıl, Şuşa, Ordubad, Zəngilan
və Zaqataladır.
Cecimim ipəkdəndir...
Cecim. Yun. Xovsuz. 300x120.
XIX əsrin əvvəli. Naxçıvan qrupu, Azərbaycan.
Cecimdən fraqment. Yun. Xovsuz. 150x100.
XIX əsrin əvvəlləri. Naxçıvan qrupu, Azərbaycan.
1...,130,131,132,133,134,135,136,137,138,139 141,142,143,144,145,146,147,148,149,150,...200