137
X
alçaların və xalça məmulatlarının təsnifatı zamanı onların iki növü
– xovlu və xovsuz xalçalar əsas götürülür, sonradan onlarda daha
səciyyəvi olan fərqli tiplər ayırdedilir. Belə təsnifat onagörə əlverişlidir
ki, müxtəlif xalqlarda eyni funksional təyinatlı xalçalar mənşə müxtəlifliyi və
məişət xüsusiyyətləri iləəlaqədarolaraq təkcəornamentasiyası, kompozisiyası
və koloriti ilə deyil, həm də ölçüsü, forması və bəzək manerası ilə fərqlənir.
Bəzən eyni təyinatlı xalçaların adları da müxtəlif olur. Xalçaçılığın başlanğıc
mərhələsi olmaq etibarilə bitki mənşəli hörmə məmulatlar hazırlamaq
ənənəsi Azərbaycanda bugünədək qorunub saxlanmaqdadır. Müxtəlif bitki
liflərindən toxuculuq məmulatlar hazırlanmasının bütün texnoloji prosesləri
tədqiqatçılar tərəfindən ətraflı öyrənilmişdir. Eneolit dövründən başlayaraq
Azərbaycanda bir çox arxeoloji obyektlərdə hörmə həsirlərin izləri və qalıqları
aşkar olunmuşdur.
Xalçaçılığın sonrakı inkişaf mərhələsində artıq ilk xovsuz xalçalar meydana
çıxır. Onları aşağıdakı növlərə ayırmaq olar: palazlar, cecimlər, kilimlər,
vərnilər, şəddələr, zililər, ladılar, sumaxlar...
Palaz. Yun. Xovsuz. 300x190. XX əsrin əvvəlləri. Qarabağ qrupu, Ağdam, Azərbaycan.
X
ovsuz xalçaların ən sadə növü palazlardır. Bunlar arğacı ərişə sadə keçirmə yolu
ilə hazırlanır. Palazların əsas bəzəyi müxtəlif endə və müxtəlif rəngli rapport
qaydasında təkrarlanan zolaqlardır. Azərbaycanda toxunan ən qədim sadə palaz
növü, ehtimal ki, çətənə lifindən toxunan “kəndir-palaz” olmuşdur. Sonralar qoyun və dəvə
yunundan, ŞirvandaUdullu və Paşalı kəndlərində isə ipək palazlar toxunurdu. Orta əsrlərdə,
Azərbaycanda ipək palazlar istehsalı barədə Nizami Gəncəvinin əsərlərindəməlumat verilir.
Həmin dövrdə palazlar evlərin, çadırların, karvansaraların, habelə məscid və sarayların əsas
bəzək elementi idi. Palaz parçadan paltar və ev əşyalarının hazırlanmasında geniş istifadə
olunurdu. Sahibinin var-dövlətindən və sosial mövqeyindən asılı olmayaraq, hər bir evdə
palazlara rast gəlmək mümkün idi.
Abşeronda “çiyi palaz” adı ilə məşhur olan zərif toxunuşlu son dərəcə incə palazlar istehsal
edilirdi. Bunların naxışları üçün xüsusi naxış ipi hazırlanırdı. Bu palazlardan pərdə, süfrə,
örtük kimi istifadə olunurdu. Bunları bəzək kimi divara da vurur, lakin davamsızlığına görə
döşəməyə salmırdılar. “Çiyi palaz”lar gəlinlik cehizinin mühüm komponenti idi.
Palazlar Azərbaycanın hər yerində toxunurdu. Onların əsas mərkəzləri Muğan, Cəbrayıl,
Quba, Ağcabədi, Baxşeyiş, lənkəran, Qubadlı, Şirvan, Abşeron, Təbriz, Xalxal, Urmiya idi.
Palaza bürün...
1...,129,130,131,132,133,134,135,136,137,138 140,141,142,143,144,145,146,147,148,149,...200