140
Zili. Yun. Xovsuz. 218x173.
XIX əsrin əvvəlləri. Qarabağ qrupu, Azərbaycan.
K
ilimlərdə əriş ipi, əsasən, boyanmır, lakin bir
sıra kilim növlərində bəzən rəngli ərişdən də
istifadə edilirdi. Mürəkkəb keçirtmə texnikası
ilə arğac əriş iplərinin arasından təkbir keçirilərək,
naxışın eninə görə məhdud toxunur. Kilimin naxışları
müxtəlif rəngli arğac ipləri vasitəsilə alınır. Bir naxışın
sərhədləri dəyişərkən arğaclar dəyişir və bu sərhədlərdə
“dırnaq” adlanan dəliklər əmələ gəlir. lakin eyni
zamanda, “dırnaqsız kilim”lər də toxunur. Kilimlərin
bir xarakterik xüsusiyyəti də onun ikiüzlü toxunmasıdır,
çox nadir hallarda kilim birüzlü toxunur. Kilimlərin
naxışları həndəsi konstruksiyaya əsaslanır .
“Karvud”, “Karpud” adlanan, palazlarla kombinə
edilmiş kilimlərə də təsadüf olunur. Şirvan istehsalat
mərkəzində isə “gəzməli kilim” adlandırılan və
mürəkkəb, dolama texnikası üzrə toxunan konturlu
kilimlərə üstünlük verilirdi. Belə mürəkkəbləşdirilmiş
toxuma texnikası kilimin dekorativ quruluşunu
zənginləşdirirdi.
“Qədirqə”
kilimləri
özünəməxsus
toxunma
texnologiyası ilə seçilirdi. Onları adi kilimlər kimi
toxuyur, rəngli əriş vəmüvafiq rəngli arğacladolanbac və
şaquli enli xətlərlə işlənmiş xüsusi naxışlar vururdular.
“Qədirqə” kilimlərinin texnoloji xüsusiyyəti elədir
ki, bunlar çox zərif və demək olar, parça kimidir. Belə
kilimlərdə, əslində, boşluqlar nəzərə çarpmır.
Palazlardan fərqli olaraq kilimdə ərişin dörd, bəzən iki
ipinə keçirilən, rəngli iplə toxunan yan haşiyə olurdu.
Kilimin ağzı palazdakı kimi sadə, hörmə üsulu ilə işlənir,
saçaqlara düyün vurulurdu. Palazlar kimi kilimləri də
həm soldan- sağa, həm də sağdan-sola toxumaq olurdu.
Kilimlər keçi qəzilindən, yaxud qoyun yunundan
toxunurdu. lakin palazlarla müqayisədə kilimlərdə
artıq bir çox yeni texnoloji cəhətlər var idi ki, bunlar da
sonralar xovsuz və xovlu xalçaların daha mükəmməl
formalarının əsasını təşkil etmişdir. Azərbaycanlıların
məişətində geniş tətbiq olunan kilimlər döşənəcək kimi
yerə salınır, divardan asılır, pərdə, süfrə, qapılıq və s.
kimi istifadə olunur.
Azərbaycan əhalisinin istehsal etdiyi yüngül, kiçik
ölçülü, iki-üç rəngli kilimlər köçəri həyat tərzi şəraitində
çox əlverişlidir.
Kilimlər texnikasına görə Dırnaqsız kilim, Gəzməli
kilim, materialına görə Kəndir kilim, Kənaf kilim,
istifadəsinə görə Bucaq kilimi, Gərdəklik qırmızı kilim,
Qapılıq, Taxtı Kilim, bədii xüsusiyyətlərinə görə Göllü
kilim, Güllü kilim, Kəsmə Kilim, Tirmə kilim, Saya
Kilim, toxunduğu yerə görə Sənnə kilim, Şamaxı Palazı
və s. adlandırılır.
Kilimlər Azərbaycanın bütün xalçaçılıq mərkəzlərində
istehsal olunurdu. Paşalı, Udullu, Bakı, Ağcabədi,
Cəbrayıl, Yardımlı, Təbriz, Goravan, Baxşeyiş və Sənnə
kilimləri daha məşhurdur. Sənnə kilimləri xüsusi sıxlığı,
incəliyi və zərif işləmələri ilə fərqlənir.
Kilimçinin kilimi...
1...,132,133,134,135,136,137,138,139,140,141 143,144,145,146,147,148,149,150,151,152,...200