141
Kilim. Yun. Xovsuz. 404x202.
XIX əsrin sonu-XX əsrin əvvəli. Qarabağ
qrupu, Ağdam. Azərbaycan.
A
zərbaycanlıların məişətində xovlu və
xovsuz xalçalarla yanaşı, çox nəfis
toxunmuş xalça məmulatları da geniş
istifadə olunmuşdur. Bunlara xurcun, heybə,
məfrəş, qaşlıq, çul, duz torbası, çuval və s. aiddir.
Çul minik və yük daşıyan heyvanları soyuqdan
qorumaq, gözəl və əzəmətli görünmələri üçün
onların belinə salınan incə toxunuşlu və zəngin
naxışlı örtükdür. Adətən, xovsuz toxunuşlu olur.
At çulu, dəvə çulu, öküz çulu, alıx, kapan kimi
növlərə bölünən çullar formasına, toxunuşuna
görə fərqlənirlər. Dəvə çulu adətən düzbucaqlı
formada, at çulu isə bəzən boyunluqlu,
bəzən isə “Џ” şəkilli formada toxunurdu.
Azərbaycanda Qarabağda, Muğanda, Şirvanda
və Cənubi Azərbaycanda toxunan çullar həm
toxunuşuna, materialına, həm də naxışına görə
ən yüksək keyfiyyətə malikdir. Azərbaycanda
el bayramları, toylar, eləcə də təmtəraqlı
ziyarət zamanı at və dəvələrin gözəl, əzəmətli
görünmələri üçün üstlərinə təntənəli örtük
kimi xüsusi naxışlanmış və rəngli qotazlarla
bəzədilmiş çul salınırdı. Orta əsrlərdə isə bu cür
çulların üzəri daş-qaşlarla bəzədilirdi.
Azərbaycanda keçi qılı, keyfiyyətsiz yunlardan
bəzəksiz toxunmuş çul ayaqaltı kimi evin
qapı kandarına, xalçaları nəmdən, rütubətdın
qorumaq üçün onların altından sərilir və belə
çullar, ümumiyyətlə, ucuz, qiymətsiz örtük
sayılır. Eyni zamanda, vaxtilə kasıbların və
dərvişlərin büründüyü örtüyə də çul deyilirdi.
Boz at, səni çullaram...
At çulundan fraqment. Yun. Xovsuz.
140x130. XIX əsr. Qarabağ qrupu, Azərbaycan.
Çul. Zili. Yun. Xovsuz. 158x130. XIX əsrin ortaları.
Qarabağ qrupu, Kəlbəcər, Azərbaycan.
1...,133,134,135,136,137,138,139,140,141,142 144,145,146,147,148,149,150,151,152,153,...200