151
qiymətinin 1500 dollar
olduğunu
eşidəndə
soruşub ki, niyə belə
bahadır. Dükan sahibi
də ona xalçanın neçə
vaxta və hansı əziyyətlə
başa gəldiyini izah edib.
O isə “nə olsun, xalçadır
da” cavabını verib.
Dükan sahibi də ingilisə
deyib ki, bu xalçanı sənə
hədiyyə edirəm. Amma
bir şərtlə - xanımın
gəlsin xanada beş ilmə
vursun. Gərək alıcı
xalçanın necə ərsəyə
gəldiyini görsün ki, onu
qiymətləndirə bilsin.
– Dükanınıza daha çox
kimlər gəlir? turistlər,
yoxsa yerlilər?
Əvvəllər
daha
çox turistlər gələrdi,
onlar daha çox xalça alardılar. Amma son
dövrdə yerli sakinlər, imkanlı şəxslər evlərini
xalçalarla bəzməyə başlayıblar. Artıq yerli
camaat da xalçalarımızı dəyərləndirməyə
başlayıb. Azərbaycandan kənarda - Rusiya,
Hollandiyada yaşayan azərbaycanlılar da gəlib
buradan xalçalar alırlar.
– Müştərilər daha çox hansı xalçalara
üstünlük verirlər?
– Bölgə kimi götürəndə ən çox Quba, Şirvan
xalçaları alınır. Bu xalçalar nisbətən yüngül
olurlar. Onları məişətdə istifadə etmək daha
rahatdır deyə, alıcılar bu xalçalara üstünlük
verirlər.
– Bəs özünüz xalçaları haradan alırsınız?
Kimlərlə əməkdaşlıq edirsiniz?
– Bu gün Azərbaycanda xalça müəssisələri çox
olmasa da, bəziləri işləyir. Həm də sifarişdən
asılıdır. Alıcıların tələblərindən asılı olaraq
müvafiq müəssisələrlə iş birliyi qururuq.
Xalçaları əsasən Suraxanıda, Qobuda fəaliyyət
göstərən xalça müəssisələrindən alırıq. “Azər-
İlmə”ylə də əməkdaşlıq edirik. Bəzən kimsə
evindəki xalçasını satır, alırıq.
– Dükanınızda ən qədim xalçanın neçə yaşı
var?
– Yüz iyirmi. Əslidir, bərpa olunmayıb.
Düzdür, bərpaya ehtiyacı var. Amma bu xalçaya
toxunmaq olmaz - o dəqiqə nəzərə çarpacaq.
Ona görə də əl vurmuruq. Bu xalçanın dəyəri
elə onun qədimliyindədir. Dükanımda hər
yaşda xalça tapmaq mümkündür. Buradakı
xalçalar təbii rənglərlə boyanmış, əllə toxunan
xalçalardır. Kolleksiyamda elə xalçalar var ki,
baxdıqca baxırsan, gözünü çəkmək istəmirsən.
– Dünyada Azərbaycanın hansı xalçaları
daha çox sevilir?
– Quba məktəbinə aid “Pirəbədil”, “Şah-
nəzərli”, “Qollu cici”, Şirvan qrupuna aid Xilə,
Qərb zonasından isə Borçalı xalçaları.
Dmanisidə toxunan xalçalar
da çox qiymətli xalçalardır.
İndi
Füzuli
xalçalarını
tapmaq çox çətindir, demək
olar mümkün deyil. Vaxtilə
İsmayıllınınlahıckəndində
çox gözəl xalçalar toxu-
nurdu. Onlara da rast
gəlmək müşkül məsələdir.
Ötən əsrin 70-ci illərində
İsmayıllıda Qarabağ qru-
puna aid olan Çələbi
xalçası çox toxunardı. Bu
xalçalar dünyada yüksək
qiymətləndirilir.
– Siz atanızın yolunu da-
vam etdirirsiniz. Bəs Sizin
davamçılarınız olacaqmı?
– Üç oğlum var, amma
onlardan təkcə böyük
oğlum bu işə meyil salıb.
Artıq yeddi ildir ki, bu
işlə məşğul olur. Qismən
də olsa, öhdəsindən gəlir.
1...,143,144,145,146,147,148,149,150,151,152 154,155,156,157,158,159,160,161,162,163,...200