135
Məlum olduğu kimi bu, Hitler əleyhinə koalisiya ölkələrinin liderlərinin ilk görüşü
olmayıb. 1943-cü ildə Tehranda Franklin Ruzvelt, İosif Stalin və Uinston Çörçil Üçüncü
Reyx üzərində qələbəyə çatmaq məsələlərini müzakirə etmək üçün toplaşıblar.
Ötən əsrin 40-ci illərinin ortalarında nasizmin yıxılacağı heç kimdə şübhə doğurmurdu.
Sovet ordusu hücuma keçərək, bir-birinin ardınca qələbə çalırdı. Yalta konfransı
Almaniyanın gələcək taleyinin həll olunması üçün lazım idi.
Bu konfransın yekunu kimi çəkdirilmiş və bütün tarix dərsliklərini bəzəyən məşhur
üçlüyün fotosunda yerəAzərbaycan xalçasının sərildiyini görmək olar. Azərbaycan xalçası,
Bakı qrupuna aid olan bu xalça özünün incə toxunuşu və xüsusi rəng çaları ilə seçilir.
Bakı qrupu
– Bakı şəhərinin xalçaçılıq ənənəsi ətraf əraziləri də əhatə etməklə çox qədim
dövrlərə təsadüf edir. Əsasən incə və zərif toxunuşlu bu xalçaların naxış kompozisiyası bu
ərazidə yaşayan azərbaycanlıların dünyagörüşü ilə səsləşir. Bakı xalçalarında zərif quzu
yunundan istifadə edilmişdir. Yumşaq, parlaq quzu yunundan toxunan xalçalar irili-xırdalı
nəfis elementlərdən, bədii tərtibatından asılı olmayaraq zərif və incəliyi ilə seçilmişlər. Bu
xalçaların güclü bədii təsir qüvvəsinə malik olması səbəblərindən biri də yüksək texniki
göstəricilər yəni, yüksək ilmə sıxlığı nəticəsində yaranan naxışların dəqiq təsviri ilə bağlıdır.
Xalça. Yun. Xovlu. 290x188. Bakı qrupu. Azərbaycan.
2008-ci il. “Azər-İlmə“ istehsalı.
1...,127,128,129,130,131,132,133,134,135,136 138,139,140,141,142,143,144,145,146,147,...200