150
– Xalçalara həvəsiniz nə vaxt başladı?
– Bizim nəsil gözünü açıb xalça görüb. Atam 1947-
ci ildən xalça alış-verişi ilə məşğul olub. Mən də
doğulandan evdə xalça görmüşəm. Xalçaların içində
böyümüşəm.
– Atanızın xalça ticarətinə gəlişi necə olub?
– Atamın xalça ticarətinə həvəsi ötən sərin 40-cı
illərindən başlayıb. Atam tədarük məntəqəsində
gön-dəri sahəsi üzrə baş səyyar, indiki dillə desək
ekspeditor işləyirdi. O vaxtlar rayonda birinci
katibin, bir də icraiyyə komitəsinin sədrinin
maşınından başqa bir-iki maşın tapmaq olardı.
Onlardan biri də atamın “moskviç”i idi. Rayona
vəzifəli şəxslərin qonağı gələndə atamı da
çağırırdılar. Bir dəfə icraiyyə komitəsinin sədrini
dincəlməyə aparanda o, atama deyib ki, bir-iki
xalça götür, orda altımıza sərərik. Atam da evdən
bir təzə, bir qədim xalça aparır. Həmin qədimi xalça
qonaqların diqqətini cəlb edir. Xalçadan anlayışı
olan gürcü qonaq deyir ki, bu xalça sovet pulu ilə
1000 rubla gedər. Bu da atamda xalçalara maraq
oyadır və beləcə, o, xalça ticarətinə başlayır. Evlərdən
xalça toplayır, bazardakı qiymətlərlə maraqlanır. O
vaxtlar “vneştorq” deyilən xalça qəbulu müəssisəsi
vardı. Onun da yerlərdə, məsələn, İrəvanda, Tiflisdə
xalça qəbulu məntəqələri fəaliyyət göstərirdi. Atam
topladığı xalçaları həmin məntəqələrdə barter
şəklində dəyişdirirdi. Oradan da xalçalar Moskvaya
göndərilirdi. Dövlət həmin xalçaları xaricə satırdı.
Xalçaların qiyməti onların rəng ahəngi, toxunuşu və
qədimliyindən asılı olaraq dəyişirdi. Xalça nə qədər
qədim olsaydı, qiyməti də o qədər yüksək olardı.
Ötən əsrin 60-cı illərindəAzərbaycanda adla tanınan
dörd xalçasatan var idi: Bakılı Seyid, yəhudi Natani,
iranlı Məhəmməd, bir də atam – tovuzlu Seyid. Bu
işdə atama çatan yox idi.
– Bəs siz nə vaxtdan xalça ticarəti ilə məşğul
olmağa başlamısınız?
–Mənxalçaçılıqla 1985-ci ildən - institutubitirəndən
sonra məşğul olmağa başlamışam. Bu peşə atamdan
miras qalsa da, hamı bilir ki, xalçaçılığı ondan
öyrənməmişəm. Nə bilirəmsə, özüm öz hesabıma,
öz marağım sayəsində öyrənmişəm.
– Sizi xalçada cəlb edən nədir?
– Xalça təkcə mənəvi tələbatımı ödəmir, təkcə
zövq mənbəyim deyil. O məni həm də maddi
baxımdan təmin edir. Bu sənətlə yalnız xalçaçılıq
sənətini yaşatmaq üçün məşğul olduğunu
deyənlərə inanmıram. Təbii ki, bu işlə məşğul
olmaq elə xalça sənətini yaşatmaq deməkdir. Bu
sənətdən anlayışı olan adam üçün xalça böyük bir
incəsənət nümunəsidir. Xalçadan başı çıxmayansa,
baxıb, deyir ki, xalçadır da. Hazır xalçaya qiymət
vermək asandır. Amma yaddan çıxarırlar ki, xalçanı
toxumaq çox əziyyətli işdir. Bir xalçanı iki qadın ən
azı bir aya toxuyur.
– Xalçaçılığın bugünkü vəziyyətindən, ona veri­
lən dəyərdən razısınızmı?
– Bu gün də bizim xalçaların qiyməti çox ucuzdur.
Xalça toxuma prosesindən xəbəri olanlar bilirlər ki,
bu necə ağır işdir. Xalça toxuyan adamın gözünün
nuru gedir, üstəlik də rəngləri qarışdırmaq olmaz.
Bir dəfə qonşu dükana bir ingilis həyat yoldaşı ilə
xalça almağa gəlmişdi. İki kvadratmetrlik xalçanın
1...,142,143,144,145,146,147,148,149,150,151 153,154,155,156,157,158,159,160,161,162,...200