159
Muzeyi ziyarət edənlərin marağına
səbəb olan bu tikmə nümunəsi
Azərbaycan Səfəvilər dövlətinin
ədalətli və uzunmüddətli hökmdarı
ı Şah Təhmasibin (1524–1576)
hakimiyyəti dövrünə aid edilir.
ölçüsü 2.54x2.78m­dir.
Azərbaycanın xalçaları ilə yanaşı, bədii tikmə sənətinə aid
nümunələr də dünya kolleksiyalarının bəzəyinə çevrilib.
Qədim tikmə sənəti nümunələrindən biri Macarıstanın
paytaxtı Budapeşt şəhərində yerləşən Tətbiqi Sənət
Muzeyində (
Museum of Applied Arts
) yer alıb.
B
ədii tikmə nümunəsi açıq və tünd-şəkəri, şux qırmızı və sürməyi
yerliyin üzərində qızılı və yaşılı rənglərlə işlənmişdir. Tikmə bir
əsas, iki köməkçi haşiyədən ibarətdir. Çöl haşiyədə içində nəbati
elementlər və zoomorf simvolların əks olunduğu kətəbələr bir-birilə
budaqlarla birləşib. Sol və sağ haşiyələrdəki kətəbələrdə mifoloji ovçu
obrazı verilmişdir. Yuxarı və aşağı haşiyələrdə isə ceyran və onu ovlayan şir
təsvir edilmişdir. Çöl haşiyənin dörd küncündə içərisində insan sifətində
günəş təsvir edilmiş birləşdirici künc medalyonu verilib. Orta haşiyənin
içərisində müxtəlif mifoloji obrazlar, heyvanlar və təbiəti hifz edən mələklər
təsvir edilmişdir. Burada toxumu, suyu, torpağı, heyvanları və bitkiləri hifz
edən ilahələrin təsvirləri ardıcıllıqla verilmişdir. Orta haşiyədə kətəbələrdə
ov səhnələri təsvir edilmişdir. Çöl haşiyədəki kətəbələr tünd-yaşıl, iç
haşiyədəki kətəbələr isə tünd-göy rəngdə verilmişdir. Hər ikisinin yerliyi
açıq və tünd-şəkəri, ana haşiyənin yerliyi isə qırmızı rəngdədir. Bütün bu
rəng ahəngdarlığı parça nümunəsinə xüsusi dinamika verməklə, mərkəzdə
təsvir olunan əsas hadisənin ümumi ab-havasını yaratmağa xidmət edir.
Tikmənin mərkəzində Azərbaycan miniatür məktəbinə xas olan insan,
at və bitki təsvirləri verilmişdir. Tam mərkəzdə yuxarıya doğru Səfəvilər
dövrünə aid taxt-tac və onun arxasında çadır şəklində Səfəvilərin bayraq
fraqmenti görünür. Taxtın sağında və solunda iki sərv ağacı, onun ətrafında
cənnət bağını ifadə edən güllər və quşlar təsvir edilmişdir. Taxtda isə I
1...,151,152,153,154,155,156,157,158,159,160 162,163,164,165,166,167,168,169,170,171,...200