157
dİQQƏT, dİQQƏT!
Yun ip üç, üç saat yarım qaynayırsa, ipəyi iki, iki saat yarım qaynatmaq lazımdır. Əgər yun ip
120 dərəcədə qaynayırsa, ipək 90­100 dərəcədə qaynayır. Usta Pərixanım deyir ki, bütün bunlar
qazan qaynatması üsuluna aiddir: “Amma maşınlarda boyayanda bəlli dərəcəni qoyuruq və
iplər rəng alır. Həm də maşınlarda 80­100 kiloqram ip boyamaq olur. Amma qazanda ən çoxu 10
kiloqram ip boyamaq mümkündür. Bu, yun ip üçün keçərlidir. İpək ipə gəlincə qazanda uzaqbaşı
üç kiloqram ip qaynaya bilər. İpi qazanda boyayanda onu mütləq qarışdırmaq lazımdır”. Usta
deyir ki, qazanda ip boyamaq böyük zəhmət tələb etsə də, bu, iplik üçün daha yaxşı boyama
üsulu sayılır. Qeyd edək ki, pambıq da çox qaynayan iplik hesab olunur.
HİNdİSTANdAN
AzƏrBAYCANA
Pərixanım xala deyir ki, əvvəllər gətirilmə
boyalardan geniş istifadə edilirmiş. Məsələn,
sarı rəngi almaq üçün sarıkökdən, qırmızı
rəngi əldə etmək üçün qırmızı səndəldən
çox istifadə olunurdu. “İndi isə yalnız bir
gətirilmə boya var ki, o da indiqodur. Bu bitki
bizdə yoxdur. Ona görə onu Hindistandan
gətiririk”, – deyən usta bunun mürəkkəb
proses olduğunu da əlavə edir. Belə ki,
boyaqçılar bu boyaq maddəsindən ehtiyatla
istifadə edirlər. İndiqo məhlulundan ipliyin
saxlanma müddətindən asılı olaraq açıq­
mavidən tutmuş sürməyi rəngə qədər müxtəlif
tonlar alındığından, ona vaxtaşırı nəzarət
etmək lazımdır.
KİMYƏVİ BOYAQ HƏM SAxTA, HƏM zİYANdır
xıx əsrin ikinci yarısında bütün Şərq xalçaçılığında olduğu kimi, Azərbaycan xalçaçılığında da mineral,
heyvan və bitki mənşəli boyaqlar kimyəvi boyaqlarla əvəz olundu. Bu prosesdən qaçmaq təəssüf ki, mümkün
olmadı. Əsas kimyəvi boyaqlar anilin və alizarindir. Bu boyaqların sürətlə yayılmasına bir neçə amil səbəb
oldu. Söhbət kimya sənayesinin inkişafı, kimyəvi boyaların ucuz, boyama prosesinin sadələşməsindən
və sürətlənməsindən gedir. daha bir vacib amil də xıx əsrin sonunda rusiya bazarlarında xalça
məmulatlarına tələbatın artması idi. Maraqlıdır ki, xarici bazarlarla müqayisədə rusiya bazarı
xalçaların boyanması məsələsində çox da tələbkar deyildi. Anilin boyalar daha sürətlə yayılmağa
başlasa da çox, tez də dəbdən düşdü. Anilin boyalardan fərqli olaraq, xüsusi olaraq xalça yunu
üçün hazırlanan alizarin boyalar davamlılığı və çalarları ilə fərqlənir. Hərçənd ki, bu boyalardan
istifadə texnologiyası müəyyən hazırlıq prosesi keçmiş boyaqçı ustanın olmasını tələb edir.
Qeyd edək ki, təbii boyalardan fərqli olaraq süni boyalar çox rahat başa gəlir. Belə ki,
100 qram boya ilə 40 kq­a qədər yun ipi boyamaq olur. Halbuki tədqiqatlar süni boyalarla
boyanmış iplərin yuyulmaya, atmosferin fiziki­kimyəvi təsirinə qarşı davamsız olduğunu
göstərir. Mütəxəssislər hesab edirlər ki, belə xalçalar sabunla, xüsusi kimyəvi maddələrlə
yuyulduqda, eyni zamanda, günün altına qoyulduqda rəngləri solur və xalça öz keyfiyyətini
itirir.
Bu sənətlə məşğul olduğu gündən bu vaxta kimi kimyəvi boyalardan istifadə etmədiyini
deyən Pərixanım xala təbii boyaların xalçaya ecazkar görünüş verdiyini deyir. xalça sənəti
yaşadıqca boyaqçılığın da yaşayacağını deyən ustamız Azərbaycan xalçalarının dünyada tayı­
bərabəri olmadığını da xüsusi olaraq vurğulayır.
1...,149,150,151,152,153,154,155,156,157,158 160,161,162,163,164,165,166,167,168,169,...200