160
Şah Təhmasib oturmuş vəziyyətdə əks olunub.
Onun başındakı tacda zolaqlar, günbəz və lələklər
var. Taxtın sağında təsvir edilən adamın əlində
badə və kuzə görünür. Şah əlini uzadıb ondan
badəni alır. Solda dizi üstə oturmuş insan əlində
meyvə dolu sini tutmuşdur. Ondan solda əlində
dəyənək tutaraq dayanmış insan təsvir olunub.
Taxtın sağında isə əllərini qoynuna qoyaraq
əmrə müntəzir vəziyyətdə durmuş daha bir
insan təsviri var. Bunlar şahın saray əyanlarının
əhatəsində olduğunu göstərir. Bədii tikmənin
tam mərkəzində soldan-sağa kiçik arxın axdığı
və mərkəzdə fəvvarənin olduğu görünür. Arxdan
aşağı və yuxarı olan hissələrdə ayaq üstə və
oturmuş vəziyyətdə yeyib-içən insanlar təsvir
edilmişdir. Tikmənin solunda üç ifaçı təsviri
vardır. Soldan-sağa birinci ifaçının əlində ud,
ortadakı ifaçının əlində kamança, sağdakı ifaçının
əlində çəng aləti vardır. Onların yanında əllərində
yaylıq rəqs edən rəqqasın rəsmi vardır. Sağda,
həmçinin ney ifa edən, əlində qaval tutub mahnı
oxuyan insanlar təsvir edilmişdir. Bu səhnə şah
sarayının həyətində qurulmuş ziyafəti əks etdirir.
Tikmənin mərkəzindəki əsas səhnənin sağ və sol
küncündə qara əjdaha və onunla vuruşan mifoloji
quş təsvirini görmək olar. Bütün bunlar sözügedən
bədii tikmədə uğurlu ovdan sonra şah sarayında
təşkil olunmuş ziyafətin əks olunduğunu deməyə
əsas verir.
xVı əsrəməxsusbunadir əl işinin
saxlandığıBudapeştdəkiTətbiqiSənət
Muzeyi 1920­ci ildən fəaliyyət göstərir.
Muzeydə Ester Heziyə məxsus incəsənət
kolleksiyası qorunur. Bu kolleksiya Ma­
carıstanın ən zəngin və kübar incəsənət
kolleksiyası hesab olunur. Kolleksiyaya
xVı–xVıı əsrlərə məxsus incəsənət nümu­
nələri, 67 toxuma əl işi, macar, Asiya və
Qərbi Avropa mədəniyyətini əks etdirən
əşyalar daxildir.
r
1...,152,153,154,155,156,157,158,159,160,161 163,164,165,166,167,168,169,170,171,172,...200