156
İSTİFAdƏ OlUNMAYAN
rƏNG HANSıdır?
xalçalarda istifadə edilən qırmızı,
yaşıl, sarı, mavi, sürməyi, qara, ağ kimi
7 əsas rəngin və onların çalarlarının
alınması üçün qoz, nar qabığından,
indiqodan, tut, heyva, qoz ağaclarının
yarpaqlarından, sarıçöpdən, moruqdan
,“boyaqotu” kolunun köklərindən və digər
üsullardan istifadə edilir. Boyamada çox
istifadə edilən boyaq otu kökləri boyayıcı
xüsusiyyətlərə malik olan çoxillik koldur.
Boyaqçılar onu “boyaq” adlandırır. Boyaq,
rənglərin alınma imkanı, təravəti uzun
müddət saxlaya bilmək, davamlılıq kimi
yüksək keyfiyyətlərə malikdir. Boyaqotu
miqdarından və qaynama müddətindən
asılı olaraq çəhrayı, parlaq – qırmızı,
tünd ­ qırmızı, açıq ­ qırmızı və digər
çalarlar verə bilir. Həmsöhbətim deyir ki,
indi qırmızı rəngi moruqdan da alırlar.
Qızılı rəngin alınması üçün ustalar əncir və üzüm yarpaqlarından istifadə edirlər. Qara rəngin
əldə edilməsi üçün təzə qoz, nar qabığından, qoz və ya palıd ağacının qabığından istifadə olunur.
Əvvəllər isə daha qatı qara rəng Şəkidə və Qarabağda bitən mazı ağacının meyvələrindən əldə
edilirdi. lakin bu boyaq 25­30 il ərzində ipləri “yeyirdi” və belə xalçalar tez dağılırdı. Sarı və onun
yarım tonlarını almaq üçün saralmış tut yarpaqlarından, soğan qabığından, cır alma ağacının
qabığından, sarıçöpdən istifadə olunur. Sürməyi, mavi və yaşıl rəngləri almaq üçün isə indiqodan
yararlanırlar: “Geniş istifadə olunan bitki indiqodur. Ondan üç­dörd rəng ala bilirik. Məsələn, ipi
nar qabığı ilə sarı rəngdə boyayıb, sonra indiqoya salaraq, yaşıl rəng almaq mümkündür”. Qəhvəyi
rəng almaq üçün isə nar qabığı ilə qoz qabığını birgə qaynadılır.
Boyama vasitəsilə istənilən rəngi almaq mümkündür. Bizim xalçalarda ən çox istifadə olunan isə
qırmızı, qara, tünd­göy rənglərdir. Heç istifadə olunmayan rəng isə narıncı rəngdir. Usta deyir ki,
qədimdə bu rəngdən xalçaçılar çox istifadə edirmişlər, amma indi buna tələbat yoxdur.
Onlarca bitki növündən, onların yarpağından, qabığından, kökündən, oduncağından, gövdəsindən,
meyvəsindən, meyvə qabığından, çiçəklərindən istifadə edən Azərbaycan boyaqçıları müxtəlif rəng
və rəng çalarları ala bilirlər.
BOYANI PARILTILI
EdƏN NƏdİr?
Ustamızın sözlərinə görə, zəy və
duz boyaya həm parıltı verir, həm də
rəngin davamlılığını artırır.
BOYA, USTA, BOYA
Gəlib çatdıq prosesin ən maraqlı məqa­
mına. Ustamızın dediyinə görə, boyama
prosesinin özü diqqətlə həyata keçiril­
məlidir. Əgər yun ipi boyayırsınızsa,
bilin ki, yunun təbii rənginin bu prosesdə
böyük rolu var. Açıq rəngləri almaq üçün
ağ yundan, bir qədər tünd rəngləri almaq
üçün isə açıq ­ boz yundan istifadə
edirlər. Tünd rəngləri (qara, qəhvəyi,
sürməyi, tünd­qırmızı) əldə etmək
üçün isə rəngli yundan istifadə olunur.
1...,148,149,150,151,152,153,154,155,156,157 159,160,161,162,163,164,165,166,167,168,...200