116
xalçaları bazara məğlub olmuş xalçalardır. xalçalar ancaq sifarişlə toxu-
nur. Sifarişlə də işləmək lazımdır, amma sənət yaratmaq daha vacibdir.
Qadın ailəsini dolandırmaq üçün xalça toxuyur, həm sənət əsəri yara-
dır, həm də buna qazanc mənbəyi kimi baxır. Ana xalça toxuyanda həm
də yanındakı övladı onun əlinə baxıb öyrənir – beləcə, nəsillər arasında
əlaqə zənciri qırılmır. Uşaq bu sənəti özü gördükcə sevir. Ona görə də,
əsrlərcə davam edən ənənəni itirmək olmaz. Əks halda onu bərpa etmək
minilliklər tələb edəcək. İranda, Türkiyədə bu sənətlə məşğul olanlar
Azərbaycan xalçasının heç bir xalçalara bənzəmədiyini, onun unikallı-
ğını qəbul edirlər. Bu gün Azərbaycan xalçası dünya arenasında özünü
təsdiqləyə bilir və bu, bizim üçün böyük şərəfdir.
– Eldar müəllim, xalçalarımız, onlarda istifadə olunan naxışlar,
elementlər kifayət qədər öyrənilib, tədqiq olunubmu?
– Əlbəttə ki, yox. Azərbaycan xalçasını digər xalçalardan fərqləndirən
başlıca səbəb onların dil açıb insanla danışa bilməsidir. Azərbaycanlı qa-
dının xalçaya, xalçanın onun həyatına təsirini başqa millətlərdə görmək
mümkün deyil. xorasan, Kirman, Kaşan xalçalarının minlərlə eynisini
tapmaq olar. Amma ikinci “Pirəbədil”, “xilə-Əfşan”, “Çiçi” tapmaq ol-
mur. Bizim ana-nənələrimiz çeşni ilə işləmirdilər. Əgər bu il bol məhsul
yığa bilirdilərsə, o əhval-ruhiyyəni mütləq xalçaya köçürürdülər.
Bu gün mən də öz hisslərimi, duyğularımı xalçaya köçürə bilirəmsə,
deməli həmin ənənə yaşayır. Yalnız sifarişlə işləyəndə isə bu o deməkdir
ki, həmin ruh artıq ölüb. İstərdim ki, müasir xalçaçılar, rəssamlar bu amilə diqqət etsinlər.
Məişətdə, həyatda sevdiyimiz hər bir şey mütləq özünü xalçanın rəng, naxış həllində
göstərməlidir. Mən arzu edirəm ki, indi də xanımlarımız öz məişətini, düşüncələrini xalça-
ya köçürsünlər.
– Rəssamlıq Akademiyasında dərs deyirsiniz. Gənclərin xalça sənətinə marağı hansı
səviyyədədir?
– Tələbələrimdən çox razıyam. Sevindirici haldır ki, tələbələr dərsdən əlavə emalatxana-
1...,108,109,110,111,112,113,114,115,116,117 119,120,121,122,123,124,125,126,127,128,...204