164
“47 ildir xalçaçılıqla məşğulam. Özüm Qarabağda-
nam. Qonşuluqda bir gəlin var idi, xalça toxumağı ondan
öyrənmişəm. İlk toxuduğum xalça Qarabağın güllərdən
və xonçalardan ibarət olan məşhur “Göllü” xalçası olub.
Sonra Qubaya gəlin köçdüm, burada da xalça toxumaq-
dan ayrılmadım. Qarabağla Quba xalçalarını müqayisə
etsək, görərik ki, Quba xalçaları daha incədir, naxışları
xırdadır. Mən özum də kiçik elementli xalçaları sevirəm.
Quba xalçalarının sıxlığı 40x60-dan 50x70-dək olur.
Qubada “Qollu çiçi”, “Xırdagül çiçi”, “Alçagül çiçi”,
“Alpan”, “Qırız”, “Qımıl”, “Yeni Quba”, “Köhnə Qu-
ba” kimi xalça çeşniləri toxunur. Yeni xalçalar da var
- “Xilə-Əfşan”, “Ətrin nəğməsi”, “Dörd fəsil”. Amma
daha çox “Çiçi” xalçalarına üstünlük verilir. Elə çeşnilər
də var ki, unudulub. “Salma söyüd” deyilən çeşni vardı,
indi yaddan çıxıb, onu toxuyan yoxdur”.
hüseynova mÜnərrəB
QUBA
xalça. "Alpan". Yun. xovlu. 330x170. xIx əsr.
Quba qrupu. Azərbaycan.
1...,156,157,158,159,160,161,162,163,164,165 167,168,169,170,171,172,173,174,175,176,...204