167
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
xalça. Yun. xovlu. 242x117. 1910-cu il. Yardımlı. Azərbaycan.
“Xalça toxumağı anamın, nənəmin əllərinə baxıb götürmüşəm. İpləri anam boya-
yardı. Alçadan, palıdın, qarağacın qabığından cürbəcür rənglər alardı. Mən özüm də
xalça toxuyanda ipləri təbii rənglərlə boyayırdım. Ərə getdiyim evdə də xalça toxumaq
ənənəsi vardı, deyə elə ömrüm boyu xalça toxumuşam. Hamı kimi biz də yunu özümüz
yuyar, darıyar, ipi əyirər, xalça toxuyardıq. Bu sənəti qızlarıma da öyrətmişəm, onlar
da mənimlə bərabər xalça toxuyublar. İki qızımla birlikdə toxuyanda bir xalçanı iyirmi
günə bitirərdik. Palaz toxumaq xalça toxumaqdan daha asandır. Onu özüm təkbaşına on
günə toxuyurdum. Xurcun, duzqabı da toxumuşam. Toxuduqlarımın çoxunu qızlarıma
cehiz vermişəm - xalça, kilim, palaz. İyirmi ilə yaxın xalça toxumuşam. Biz daha çox
Qarabağ xalçaları toxuyardıq. Camaat arasında “Qızılgül” xalçası çox sevilirdi”.
Orucova gÜlŞən
YARDIMLI
1...,159,160,161,162,163,164,165,166,167,168 170,171,172,173,174,175,176,177,178,179,...204