155
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
sərhəd yaradır. Rəssam sönük rənglərlə, sol-
ğun işıqlarla faciəni daxildə gizlədib, onu
qabartmayıb. Otaqda verilən sadə mebel,
əşyalar, holland motivli rəsmlər təkcə döv-
rün mənzərəsini yaratmaqla kifayətlənmir.
Pyotr burada özünü rahat hiss edir, şahzadə
isə qaranlıq daxmalarda böyüyüb, onu bu
mühit sıxır. Bütün bunlar şahzadə Alekseyi
əzir və özünü özündə gizlənməyə vadar edir.
Romantizm cərəyanı simvollar və işarələr ilə
zəngindir. Bu əsərdə də simvollar danışır.
Boz rəng həllində ağla qaranın ziddiyyəti
dərhal nəzərə çarpır. Burada ağ rəng yeni gü-
nün ifadəsi, həmçinin şahzadənin sifətində
ölümün işarəsidir. Şəkil çərçivələrində, masa-
dakı xalçanın ana haşiyəsində nəzərə çarpan
qara isə qayda-qanunun, yeni sərhədlərin
işarəsi olmaqla bərabər, gələcək faciələrin
dəhşətini də yaradır. Bütün bu simmetriya-
ya baxmayaraq, Pyotrun köndələn oturuşu
ilə şahzadənin dik duruşu taleyin simvolik
tərəzisinin tərəddüdünü xatırladır. Pyotrun
elastikliyi ilə Alekseyin adi duruşu gələcək və
ölümün simvolu kimi izah olunur.
N. N. Qemükəmməl naxış həllinəmalik olan
Azərbaycan xalçasının simvolik mənasını,
daşıdığı semantik mənanı düzgün anlayaraq,
onu hadisənin mərkəzinə gətirir. xalçanın
simvolları təsadüfi seçilməyib, onlar da ümu-
mi fikrin açılışına yönəlib. xalça üzərində
xeyir-şər, qaranlıq və aydınlıq mübarizəsinin
həndəsi elementlərlə təsviri və rəng ahəng-
darlığı rəsmdəki ağ-qara ziddiyyətini alov-
landırır, onun mərkəzində durur. Bütün dün-
yanı heyran qoyan Azərbaycan xalçasının
gözəlliyi onu Pyotrun masası üzərinə gətirib
çıxarır. Amma burada da bir eyham var. xal-
ça ata ilə oğul arasına sərhəd çəkən, hökmün
imzalanacağı əsas elementdir. Maraqlıdır ki,
ötən nömrədə biz İvan Qroznının öz oğlunu
öldürməsinə həsr olunmuş məşhur rəsmdə
atanın oğul qanını məhz Azərbaycan xalçası
üzərində tökdüyünü qeyd etmişdik. Rusiya
tarixində ikinci dəfə oğul qətlindən bəhs edən
bu əsərdə də Azərbaycan xalçasının iştira-
kı izahı olmayan mistik işarədir. Lakin onu
da deyək ki, hər iki hadisənin təsviri müəllif
təxəyyülünün məhsuludur.
1...,147,148,149,150,151,152,153,154,155,156 158,159,160,161,162,163,164,165,166,167,...204