154
TƏSVİR
Pyotr masa arxasında oturub diqqətlə
oğluna baxır. Sanki böyük araşdırma və əsə-
bilikdən sonra çökmüş sükut təsvir edilib.
Ata cavab, izahat gözlədiyi halda, şahzadə
gözlərini yerə dikərək, özünü itirmiş, sıxıl-
mışhalda - kabus kimi dayanıb. Buludluhava
olduğundan otaq boyunca paylanmış işığın
bozluğu, rəng ahəngdarlığında sakit tonlara
üstünlük verilməsi ümumi ab-havanı yarat-
maqla bərabər, diqqəti üzdəki ifadələrə, jest
və davranışa yönəldir. Hiss olunur ki, Pyot-
run üzündəki qəzəbli ifadə oğlunun günah-
kar olmasına əminliklə əvəz olunmaqdadır.
Artıq bütün ittihamlar, qınaqlar söylənilib,
deyilməsi mümkün olan emosiyalar çatdırı-
lıb, indi otaqda sükut hökm sürür. Pyotrun
oğluna dikilmiş sərt baxışlarında övladının
içində gizlənən nifrətin səbəbini öyrənməklə
yanaşı, şahzadəni əzmək, etirafa, günahının
bağışlanmasına görə yalvarışlara imkan ver-
məmək cəhdi də var. Onlar arasında söhbət
daxilən gedir - ata oğulu baxışları ilə ittiham
edir, oğul gözlərini yerə dikib bağışlanmağı-
nı diləyir.
Rəssam bu dindirmənin faciə ilə bitəcəyinə
simvollarla işarə edir. Qan rəngində olan xal-
çanın döşəməyə tərəf sürüşməsi töküləcək
qanın simvoludur. Pyotrun sifətində qəlbi
sınmış, lakin hələ də tərəddüd edən atanın
ölüm hökmünü imzalamağa hazır olduğu
da duyulur. Masa üzərindəki kağız, lələk
və mürəkkəbqabı da ata ilə oğul arasında
1...,146,147,148,149,150,151,152,153,154,155 157,158,159,160,161,162,163,164,165,166,...204