170
Qubada cəhrə kəndli qadının əzəldən sadiq
yol yoldaşı olub, ömrü boyu onu müşayiət
edib. Qubada yaşayan əhalinin ip əyirilməsinə,
xalça toxunmasına olan münasibəti qeyri-adi
idi. Yerli təsəvvürlərə görə yunun iy və ya
cəhrə ilə əyirilməsi prosesi insanın qədərinin,
qismətinin özü tərəfindən əyirilməsi kimi yo-
zulurdu. Yəni yun əyirmə prosesində qadının
qəlbində yalnız xoş niyyət, yaxşı arzular ol-
malıdır. xalçanın toxunması prosesi də toxu-
cunun öz ömür dastanını, həyatını düyünlər,
toxuma vasitəsilə xalça üzərinə həkk edilməsi
kimi dəyərləndirilirdi.
Qubada bir qayda olaraq, qıza ilk cəhrə hələ
doqquz-on yaşında, ikinci cəhrə isə həddi-
büluğa çatarkən verilərdi. Beləliklə də, cəhrə
və hana onların ömrünün acılı-şirinli bütün
çağlarının şahidinə çevrilər, ona sirdaş olardı.
Quba qrupuna daxil olan klassik xalçalar
yığcam kompozisiyaları ilə seçilir. Burada to-
xunan bəzi uzunsov yolluqlar ritmik şəkildə
təkrarlanan səpmə elementlərlə bəzədilir. Qu-
ba xalçalarında olan naxış həlli müxtəlifdir.
Bu ecazkar naxışlar xalçaların emosional təsir
gücünü artırır. xalçalardakı bəzək elementləri
xalqımızın erkən dini-mifoloji və mistik təsəv-
vürlərini əks etdirir. Hər bir xalçanın öz bədii
quruluşu olduğu kimi, hər bir naxışın da öz
mənası və yozumu vardır. Bu məkanın canlı
təbiətini rənglərin və naxışların dili ilə özün-
də yaşadan xalçalarda şər qüvvələrdən qo-
runmaq, xeyir-bərəkət, müqəddəslik simvo-
lu olaraq toxunan rəmzi işarələr, “buynuz”,
“miqraz” (qayçı), tənək yarpaqları, çiçəklər,
“sacayağı”, dəvə, ikibaşlı, birbədənli, başı taclı
mifoloji quşlar, “əjdaha” kimi əfsanəvi obraz-
lar və s. incə ilmələrin dili ilə bəzən göllərin
əhatəsində, bəzən isə rapportlar şəklində tək-
rarlanaraq ahəngdarlıq yaradırlar.
Quba xalçalarında toxunan naxışlar bir qay-
da olaraq, həndəsi, eyni zamanda, ornamental
bədii üslubda icra edilirlər. İnanclar, ayinlər,
miflər, ən qədim yazılar, Tanrı, sokral dünya,
kainat haqqında fəlsəfi düşüncələr, ibadət, in-
sanların yaşam tərzi – budur həndəsi naxış-
ların simvolik anlamından xəbər verən. Bu
gün Quba xalçalarında qan yaddaşından irəli
gələrək toxunan qədim Orxon-Yenisey yazıla-
rının izləri özünü göstərir. Qubanın “Qımıl”,
“Qonaqkənd”, “Sırt Çiçi” və s. xovlu xalçala-
rında, əsasən, haşiyə zolaqlarında tez-tez rast
gəlinən çarpaz “x” formalı həndəsi elementlər
qədim türk əlifbasında “Di” səsini ifadə edir.
Tarix boyu təkmilləşərək günümüzədək gəlib
çatmışbunaxışlar artıqxalqımızınözünüifadəsi
simvoluna çevrilmişdir.
Üçbucaq, romb, svastika (xaç), dolanbac
(ziqzaq), səkkizbucaqlı ulduz kimi həndəsi
naxışlar Quba xalçalarında ənənəvi olaraq,
nəsildən-nəslə, keçərək damğalar şəklində ge-
niş yayılmışdır.
Quba xalçalarını bəzəyən çoxsaylı naxışlar
içərisində qadın, uşaq və kişi obrazlarına rast
gəlmək mümkündür. Bu motivlər xalçada yal-
nız köməkçi element olaraq, daraqla yun dara-
yan və ya körpəsi ilə əl-ələ tutmuş qadın, ya-
xud ailə üzvlərinin tam birgə qrupu kimi vahid
süjet şəklində toxunurlar.
Xalça. Fraqment. Yun. Xovlu. XIX əsr.
Quba qrupu. Azərbaycan.
1...,162,163,164,165,166,167,168,169,170,171 173,174,175,176,177,178,179,180,181,182,...204