161
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
- Dükanınızda hansı əntiq xalçalara
rast gəlmək olar?
- Burada Qafqazın qədim, nadir xal-
çalarını görə bilərsiz. Dükanımda
Azərbaycanın, Gürcüstanın, İranın,
Türkmənistanın həm xalçaları, həm də
kilim-palazları var. Qədim Qarabağ
xalçaları isə öz gözəlliyi ilə adamı valeh
edir.
- Alıcıları daha çox hansı xalçalar cəlb
edir? Azərbaycan xalçaları nə dərəcədə
maraq doğurur?
- Dükanımıza gələn alıcıların əksə-
riyyəti turistlərdir. Amma son illər
gürcüstanlıların da xalçalara mara-
ğı xeyli artıb. Sözsüz ki, qədim tarixi
olanAzərbaycan xalçaları alıcıları çox
cəlb edir. xüsusən də qədimQarabağ
xalçalarına tələbat çoxdur. Gürcüsta-
na gələn xarici qonaqlar Azərbaycan
haqqında məlumatlı olduqları üçün
Azərbaycan xalçaları, kilimləri al-
maq istəyirlər. Onlar bizim xalça-
ların özünəməxsus naxış kompozi-
siyasından, rəng ahəngindən zövq
aldıqlarını deyirlər.
- Bəs bütün ömrü boyu xalçala-
rın əhatəsində olan, həyatını bu
sənətə bağlayan bir insan kimi
Sizin üçün xalça nə deməkdir?
- xalça mənim və ailəm üçün
biznesdən artıqdır. xalça mə-
nim üçün sevgidir, eşqdir, əvəz-
siz xəzinədir. Özümü onlarsız
təsəvvür edə bilmirəm. Onlar
mənimlə danışır, hər bir xalça-
ya baxanda onu toxuyan insan-
ların sevincini ya da qəmini,
kədərini hiss edirəm. xalça
sona qədər açılmayan sirlərlə
dolu bir sənətdir. Bu sənət
həm də əcdadlarımdan mənə
qalan bir yadigardır. Ona görə
də mən bu töhfəni layiqincə
qoruyub gələcək nəslə ötür-
məliyəm.
1...,153,154,155,156,157,158,159,160,161,162 164,165,166,167,168,169,170,171,172,173,...204