171
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Bir çox qədim “sumax” xov-
suz xalçalarında isə hətta in-
san süjetlərinin mücərrəd və
ya yarımçıq bədən halında
təsvirinin də şahi-
di olmaq olar. Başsız
bədən, ayaq, qolların
incə cizgilər şəklində
və ya başın üçbucaq
və digər ətrafların çö-
pəbənzər formada to-
xunması eradan əv-
vələ aid dulusçuluq
məmulatları üzərin-
də olan ən primitiv insan
təsvirlərinə çox yaxındır. Qubanın “Pirəbədil”
xalçası üzərində isə oda sitayiş edən insan ob-
razının toxunması ənənəsi əcdadlarımızın il-
kin oda sitayiş etmə təsəvvürləri ilə səsləşir.
Bəzi Quba xalçaları üzərində toxunan zo-
omorf elementlər özəl təsvir üslubu baxı-
mından da başqalarından seçilirlər. Ördək,
göyərçin bir qayda olaraq, real şəkildə toxu-
nur. Lakin klassik “Qaraqaşlı”, “Zeyvə” xal-
çalarında təsvir edilən əsas elementlər quş
təsvirlərinin stilizə edilmiş mücərrəd həndəsi
formada olduğunu da göstərir.
“Qaraqaşlı” xalçasında iki paralel cərgədə to-
xunub “sacayaq” adı ilə tanınan element uzun
illər tədqiqatçılar tərəfindən atəşpərəstlik
dövründən günümüzədək yadigar qalmış
odla bağlı simvol kimi qəbul edilirdi. Lakin
bu naxış və onun çoxlu variantları müqayisəli
şəkildə diqqətlə tədqiq edilərsə, “sacayaq”
motivinin təməlinin quş elementi üzərində
qurulduğu aşkar görünər. Təbii bu motiv ilkin
formasını çoxdan dəyişmişdir. Real təsvirdən
abstrakt formaya keçmiş və xalça ustalarının
fərdi yaradıcılığından asılı olaraq, müxtəlif
bədii üslublarda toxunur. Baş hissəsi aza-
cıq sivri tərzdə, boyun və gövdə hissəsi düz
xətlərdən ibarət konturlarla toxunan bu mo-
tivin daşıdığı məzmun dəyişməzdir. Qubanın
“Qaraqaşlı” xalçaları üzərində toxunan quş
təsvirləri müqəddəs məna kəsb edir. Bir qay-
da olaraq, quş mistik dünyanın simvoludur.
O, dünyasını dəyişdikdən sonra insanların
ruhlarını əbədiyyətə qovuşduran vasitəçidir.
Bu mənada müqəddəs məkanın elçisidir,
əbədiyyət rəmzidir. Məhz bu müqəddəs moti-
vin olduğu xalçalar ənənəyə görə kiçik ölçüdə
toxunardı, çünki onlardan xalq arasında na-
mazlıq kimi də istifadə edilirdi.
Xalça. “Qımıl”. Yun. Xovlu. 347x156.
1920-ci il. Quba qrupu. Azərbaycan.
Xalça. “Əjdahalı”. Fraqment. Yun. Xovlu. XVIII əsr.
Quba qrupu. Azərbaycan.
1...,163,164,165,166,167,168,169,170,171,172 174,175,176,177,178,179,180,181,182,183,...204