158
- Əcdadlarım Tiflisə Təbrizdən köçüblər və burada
da qədim xalçaçılıq sənəti ilə məşğul olublar. Biz də
ailəvi onların yolunu davam etdirir, əsrlərlə yaşatdıq-
ları bu sənəti inkişaf etdirməyə çalışırıq. İyirmi ildən
çoxdur ki, qədim xalça ticarəti ilə məşğul oluruq.
Bundan başqa özümüzün kiçik xalça seximiz də var.
Burada əllə toxunan xalçaların iplərini təbii boyalarla
boyayır, xalçalara Azərbaycana xas naxışlar vururuq.
İlk vaxtlar çox çətinliklərlə üzləşdik. Çünki bu sənətin
bilicilərinin, ustadlarının həyatdan köçməsi, bir ara
xalçaya marağın azalması bu sənətin yaddan çıxması-
na səbəb olmuşdu. Mənə bu işin dirçəldilməsində və
davam etdirilməsində dostum Kaxaber Panqaninin
böyük köməkliyi dəyib. Gürcü olsa da onun xalçaçılı-
ğa böyük marağı var və mənə bu işdə yoldaşlıq edir.
Biz Gürcüstanın azərbaycanlılar yaşadığı kəndləri
– Hamamlı, Muğanlı, Qaraçöp, İrxançay, Kosalar,
Ləmbəli, Borçalını bir-bir gəzib, bu kəndlərdə toxu-
nan qədim Azərbaycan xalçalarını, toxucuları tapdıq.
Onların yaddaşlarında saxladığı, hafizələrində qo-
ruduğu naxışları, xalça toxuma ənənələrini öyrənib
tətbiq etməyə başladıq. Tədricən bu sənət yenidən
canlanmağa başladı. Bu işdə biz Gürcüstanda yaşa-
yan azərbaycanlılarla birgə uzun bir yol keçmişik.
- Gürcüstanda toxunan Azərbaycan xalçaları digər
xalçalardan hansı xüsusiyyətlərinə görə fərqlənir?
Bu xalçalar üçün əsasən, hansı naxışlar və rəng ça-
larları xarakterikdir?
- Gürcüstanda toxunan Azərbaycan xalçalarının
fərqli cəhəti onların ipinin çox keyfiyyətli yundan ha-
zırlanmasıdır. Buranın flora və faunası boyaların da
təbii şəkildə alınmasına imkan yaradır. Təbii boyalar-
la rənglənən ipləri Qaraçöp və Borçalı mahalında ya-
şayan azərbaycanlılardan alırıq. Bu mahallar əzəldən
xalçaçılığın mərkəzi olmuş yerlərdir. Gürcüstanın
azərbaycanlılar yaşayan kəndlərində toxunan xalça-
lar da ümumilikdə “Qaraçöp” və “Borçalı” adı ilə ta-
nınardı. Buradakı xalçalar da Azərbaycanın digər xal-
ça məktəblərinə məxsus ornament və texnologiyalar
əsasında toxunur. Bu xalçalarda, əsasən, səkkizguşəli
göllər, ağac, quş, dəvə təsvirləri, həndəsi formalı
insanabənzər elementlər görmək olar. Rənglərdən isə
daha çox ağ, qara, mavi, qırmızı, yaşıl, sürməyi, tünd-
bənövşəyi, sarıdan istifadə olunur.
1...,150,151,152,153,154,155,156,157,158,159 161,162,163,164,165,166,167,168,169,170,...204