174
Quba qrupunda toxunan xovlu və xovsuz xalçalar üzərində çox vaxt abstrakt şəkildə
zoomorf elementlərdən də istifadə edilir. Bu, əsasən, “Əjdahalı” xovlu və sumax xov-
suz xalçalarında rast gəlinən abstrakt motivlərdir. Əjdaha elementi türk xalqları arasın-
da çox geniş yayılmışdır. Bir çox xalça kompozisiyalarında ona rast gəlmək olar. Çox
zaman çarpaz şəkildə kəsişən zolaqların arasında, bəzən sivri formalı açıq şəkildə ara
sahənin yerliyində naxışların arasında toxunur. Yerləşmə yerindən və formasından asılı
olmayaraq, bütün kombinasiyalarda “əjdaha” palmetlərin ətrafında qoruyucu tərzdə
toxunur. Palmett həyatı təmsil edən çiçəkdir, demək ki, əjdaha da bu həyatı mühafizə
edən müqəddəs obrazdır. Bu növ kompozisiyaya sumaxlarda və bəzi xovlu xalçalarda
rast gəlmək olar.
Lakin nəbati naxışlarla bağlı Quba xalçalarının özəlliklərindən biri də “Uqah” və
başqa xalçalarda toxunan tənək yarpaqları motividir. Tənək yarpaqları bəzən kompo-
zisiyanın tam ara sahəsini bəzəyir, bəzən isə ara sahəsində paralel cərgə şəklində və
ya “Pirəbədil” xalçasında olduğu tərzdə mərkəzdə tək-tək toxunur. Hər bir halda bu
element Quba xalça qrupunun təbiətini əks etdirən bəzək nümunəsi olmaqla yanaşı,
həmçinin də cənnətin simvolu kimi rəmzi məna daşıyır.
Quba qrupuna aid olan xalçalarda çox maraqlı kalliqrafik yazıların həndəsiləşdirilmiş
bəzəklərə keçməsi də müşahidə edilir. Bu növ xalça üzərindəki yazılara “Qədim
minarə” kompozisiyası yaxşı nümunədir. xalçanın bütün daxili səthini tutan uzunsov
gölün haşiyə zolağı boyu ərəb kalliqrafiyası ilə “Allah” kəlməsi ardıcıl şəkildə toxunub.
Eyni yazı tərzində olan naxışlara Quba qrupu xalçalarının bir çoxunun haşiyə zolağında
istifadə edilmiş “kufi” elementlərini də daxil etmək olar.
Haşiyələr arasında xalq deyiminə görə gözdən qorunmaq, gözə gəlməmək mənasında
toxunan alamuncuq (“siçandişi”) haşiyə zolağı inanclarımızdan irəli gələrək öz əsasını
qədim dövr dulusçuluq məmulatlarından almışdır. Bu ənənə yerli ustaların yüksək
peşəkarlığı və zəngin təcrübəsi nəticəsində toxuduqları xalçaların kolorit və naxış rənga-
1...,166,167,168,169,170,171,172,173,174,175 177,178,179,180,181,182,183,184,185,186,...204