177
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Ə
fsanələr folklorun qədim janrlarından bi-
ridir. Əfsanə motivlərinə totem və onqon
dünyagörüşünə söykənən əfsanələrdə daha çox
rast gəlinir. Əfsanələrin bir çoxunda qəhrəman
(qadın və ya kişi) qoyulan qadağaya əməl etmə-
məsi səbəbindən özünün ilkin təbiətinə qayı-
dır. Əfsanələr belə çevrilmə prosesini nağıllar-
dan fərqli olaraq, daha qısa yolla yerinə yetirir.
Bunun üçün heç bir şərt tələb olunmur. Əgər
səbəb baş verirsə, nəticə də baş verməlidir.
Prof. A.Nəbiyev Azərbaycan miflərinin inkişaf
mərhələlərindən danışarkən totem miflərinin il-
kin yaranmasını önə çəkir, ikinci mərhələyə isə
qurd ilə öküz toteminin çarpaz qoşalaşmasını
aid edir. Onun bu fikrini totemizmlə bağlı olan
əfsanələrə də aid etmək olar.
Totemizmlə bağlı əfsanələrdə mifoloji motiv-
lər iki qrupa bölünə bilir: ağacla bağlı totem
motivləri, heyvanla bağlı totem motivləri. Bu-
nunla bağlı olaraq, əfsanə motivləri bu bölgü
üzrə mətnlərdə öz təsdiqini tapır. Əfsanələrdə
ağacla bağlı totemik görüşlər daha qədimdir.
Belə əfsanələrdə ağacın totem kimi fəaliyyət
göstərməsimətndənaşkar olur. Bəzənmətnlərdə
hər hansı çiçək, gül və s. də dönmə ilə bağlı
prosesdə iştirak edir, qəhrəmanın taleyində mü-
hüm rol oynayır. Məhz belə dönmələr mifoloji
motivin məğzini təşkil edir. Bu əfsanələrdə ağa-
cın totemliyi ən dərin qatlarda gizlənir. Onu üzə
çıxarmaq üçün ağacın ilkin mifoloji görüşlərdə
oynadığı rolu təyin etmək gərəkdir. Ağacın to-
tem olması «Ağac ehsanı» əfsanəsindən də bəlli
olur. Əfsanədə deyilir ki, keçmiş zamanlarda
qəbiristanlıq olub, o ağac da oradadır. Gözümü
açandan görmüşəm o ağacı, elə o boydadır, du-
rub orada.
Heyvanlarla, totemik görüşlərlə bağlı motiv-
lərdə isə, əsasən, maral, ceyran, qurd və s. təs-
vir olunur. Yəni qəhrəmanlar müəyyən şərait
nəticəsində bu heyvanlardan birinə çevrilirlər.
Qəhrəmanlar hətta quşlara da çevrilə bilirlər.
Totemə qayıdış əfsanələrdə məhdud saydadır,
yuxarıda sadalanan heyvan və quşlardan savayı
başqa heyvana dönmə baş vermir. Bu da moti-
vin tələbidir. Motivin daxili strukturunda özü-
nü göstərən inkarnasiya və reinkarnasiya prose-
si totemizmlə bağlıdır.
Totem məzmunlu əfsanələrdə reinkarnasiya
ilə bağlı əfsanələr motiv və mövzu cəhətdən
bir-birini tamamlayır, dağ kultu, su kultu və
ağac kultu ilə bağlı əfsanələrdə də daxili simvo-
lika motivə tabe olur. Astral, yaxud kosmoqo-
nik mənşəli əfsanələr də bir-birinə yaxın oldu-
ğu üçün bu mifoloji görüşləri motivlərə əsasən
öyrənmək mümkündür.
1...,169,170,171,172,173,174,175,176,177,178 180,181,182,183,184,185,186,187,188,189,...204