175
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
rəngliyində özünü yaşadır. Ən qədim dövrlərdən başlayaraq xalqımızın dünyagörüşü-
nü, estetik baxışlarını əks etdirən bu naxışların diapazonu sonsuzdur.
Sıxlığı 40x40-dan 55x55-dək olub, ənənəvi xalq üsulu əsasında toxunmuş bu xalçalar
“Köhnə Quba”, “Zeyvə”, “Qollu-Çiçi”, “Cek”, “xan”, “Yerfi”, “Cimi”, “Uqah”, “Sırt-
Çiçi”, “Qaraqaşlı”, “Şahnəzərli”, “Pirəbədil”, “Qımıl”, “Ləcədi”, “Əlixanlı”, “Afurca”,
“Səlməsöyüd”, “Qədim minarə”, “Mollabaşı” və s. kimi 35-dən artıq çeşninin saysız
imitasiyasından alınan sənət əsərləridir.
Quba xalça qrupu xovlu xalçalarla yanaşı, sadə keçirmə yolu ilə toxunan “palaz” və
qarşılıqlı dolama (mürəkkəb sünbül) üsulu ilə toxunan “sumax” kimi seçilən xovsuz
xalçaların istehsal edildiyi bölgə kimi də şöhrət qazanmışdır. xVIII əsrdən başlaya-
raq mürəkkəb toxuma üsuluna malik onlarca müxtəlif bədii tərtibatda olan “sumax”
çeşnilərinin istehsalı bu ərazidə daha geniş yayılmışdır. xovlu xalçalarda olduğu kimi
“sumax” xovsuz xalçalarında da müxtəlif bədii tərtibat və rəng həlli vardır. Məişətdə
geniş istifadə edilən xalça məmulatlarından xurcun, məfrəş, heybə, xaral, çanta, çul,
duzqabı və s. öz toxunma texnikası, bədii tərtibatı ilə bölgənin bədii ənənələrini əks
etdirirlər.
Yumşaq, keyfiyyətli və parlaq yunun zəriflik effekti verdiyi xalçanı daha da yaraşıqlı
edən isti rəng ahəngidir. Nar və qoz qabıqları, heyva, tut ağacının yarpaqları, palıd ağa-
cının kökü, sumaq və s. bitkilərdən alınan rənglər öz davamlılığı, şəffaflığı ilə xalçanı
daha canlı göstərirlər.
Naxışlar kimi rənglərin də sirli anlamı vardır. Quba xalçalarında ən çox sevilən tünd-
qırmızı, sürməyi, mavi, şəkəri rənglərdir. Mavi və sürməyi rənglər aydın səmanı, qırmızı
ilk əvvəllər günəşi, daha sonralar isə qan, qovuşuq rəmzi sayılırdı.
Quba xalça qrupu özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə Azərbaycan xalçaçılığı-
nı daha da zənginləşdirir.
1...,167,168,169,170,171,172,173,174,175,176 178,179,180,181,182,183,184,185,186,187,...204