19
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Xarici dövlətlərlə əməkdaşlıq siyasətimizdə İta-
liya ilə əlaqələrimiz xüsusi yer tutur. İtaliya bu
gün Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.
İtaliyanın iri şirkətləriAzərbaycanda, xüsusilə də
neft sektorunda uğurla fəaliyyət göstərir. Qeyri-
neft sektorunda əməkdaşlığımız genişlənir,
parlamentlərarası dostluq qrupları fəaliyyət
göstərir, hökumətlərarası komissiya artıq 2006-
cı ildən fəaliyyətdədir. Onlarca Azərbaycan tə-
ləbəsi bu gün İtaliyanın ali məktəblərində və
universitetlərində təhsil alır.
Mədəniyyət sahəsində əlaqələrimiz genişlən-
məkdədir. İtaliyanın paytaxtında – Romada
Azərbaycanın mədəniyyət günləri keçiriləcəkdir.
Gələn il payızda isə ölkəmizdə İtaliyanın mədə-
niyyət günləri təşkil olunacaqdır.
Əziz dostlar, dünyanın ən qədim, ən zəngin
mədəniyyət və sivilizasiya ocaqlarından biri olan
İtaliyada mənim üçün öz ölkəmi təqdim etmək
böyük şərəfdir. Bu qədim torpaqda yerləşən
mədəni irs bütün bəşəriyyətin sərvətidir. Bu
mədəni irs insanlığın, insanın imkanlarının,
gözəlliyin, bəşəri dəyərlərin əbədi bir abidəsidir.
Biz azərbaycanlılar da mədəni irsimizlə haqlı
olaraq fəxr edirik. Azərbaycanın qədim xalçaçı-
lıq məktəbi, ədəbiyyatı, musiqisi, incəsənəti, me-
marlıq abidələri xalqımızın ən böyük varlığıdır.
Biz bu axşam mədəniyyətimizin kiçik bir his-
səsini sizin diqqətinizə təqdim edəcəyik və ümid-
varam ki, sizin ürəyinizdə bizim ölkəyə olan ma-
raq və hörmət daha da artacaq. Ümidvaram ki,
bu gün birgə keçirdiyimiz axşam dövlətlərimizi
və xalqlarımızı bir-birinə daha yaxın və bağlı
edəcəkdir. Fürsətdən istifadə edərək mən sizin
hamınızı Azərbaycana dəvət edirəm. Mən sizin
hamınıza xoşbəxtlik, cansağlığı və məhəbbət
arzu edirəm.
Diqqətinizə görə çox sağ olun.
Mərasimin rəsmi açılışından sonra xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə
Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, İsfar Sarabski və “Natiq ritm
qrupu” maraqlı konsert proqramı ilə çıxış etdilər.
Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim
olundu.
Birinci xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu-
nun təşəbbüsü ilə keçirilən bu möhtəşəm gecədə Azərbaycan öz gözəlliyi və mədəni
zənginliyi ilə İtaliya tamaşaçısının ürəyinə yol tapdı.
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...204