47
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Qafqaz Albaniyası dövrünə aid ən qədim məbədlərdən biri də Ləkit
kəndinin bir kilometrliyində, Ləkit çayının kənarında, yarğanın yaxınlı-
ğındadır. Tədqiqatlara əsasən Ləkit məbədi inşa tarixinə görə Pəri qalası
və Armatay məbədlərindən sonrakı dövrə, yəni IV-V əsrlərə aiddir.
Məbəd forma etibarilə erkən orta əsr xristian məbədlərindən xey-
li fərqlidir. Belə ki, məbədin inşasında xristianlıq rəmzlərinə uyğun ol-
mayan üslub açıq-aşkar nəzərə çarpır. Məbəd dairəvi şəkildə tikilib. Pi-
lonlarla sütunların kompozisiyası bütünlükdə səkkizguşəli biçimdədir.
Məbədə Qərb tərəfdən üç giriş olub. Şərq tərəfdən bitişik iki köməkçi
otaqdan – cübbəxanalardan daxili qapılar qoyulub. Cübbəxanalardan bi-
rinin ruhani hücrəsi, digərinin isə qurbangah olduğu ehtimal edilir.
ruyub-saxladıqlarından xəbər verir.
Qara daş aralananda oradan qızıl xoru-
zun çıxacağına, uçub hansısa bəxtəvərin
çiyninə qonacağına inanan əhali hələ də
gətirib məbədin həyətinə xoruz buraxır
və ya xoruz qurban kəsir.
Qara daşdan bir neçə addım o yanda,
insan əlinin zəhməti sayəsində inşa olun-
muş qədim Kürmük məbədi ucalır. İki
sütunlu, xaç-günbəzli, kifayət qədər iri
bir tikili olan məbəd bir mərkəzdən və
iki yan neflərdən (zallar) ibarətdir.
Məbədin inşasında istifadə olunan ti-
kinti materialları Kürmük məbədinin
günümüzə qədər dörd bərpa-tikinti
mərhələsindən keçdiyini göstərir.
Musa Kalankatlunun yazdığına görə,
ən birinci, məhz Alban sehrbazları İsa
Məsihin doğulduğunu bilib, Qüdsə
gəlmişdilər: “Hanı doğulmuş yəhudi
padşahı? Biz onun Şərqdə doğulmuş ol-
duğunu gördük və təzim etməyə gəldik.”
Buna qədər xoruz qurban verməklə si-
tayiş edən albanlar İsanın adından gələn,
qardaşı I Yakovun yepiskop təyin etdiyi
müqəddəs Yeliseyi qarşıladılar, gətirdiyi
inanca qoşuldular. Amma albanlar ara-
sında dini parçalanma da var idi. Hələ
çoxları bu inancı qəbul etmək istəmirdi.
Yelisey Kişdə bütün Qafqazın ən qədim
kilsəsini yaratdı, ona qədər mövcud olan
ayməbədini xristian kilsəsi elan elədi. Al-
banlar bu bölgədə xristianlığa hamıdan
erkən keçiblər. Hətta özlərini Qafqaza
sırımaq istəyən haylar xristianlığı Alban-
lardan 270 il sonra - parfiyalı Qriqoridən
qəbul ediblər.
Lək İ t və Qum
məbədlər İ
1...,39,40,41,42,43,44,45,46,47,48 50,51,52,53,54,55,56,57,58,59,...204