48
Məbədin ilkin quruluşu ikimərtəbəli olub və üstü kirəmitlə örtülüb. 30 metr aralıda xaç suyuna
salmaq üçün istifadə olunan tikilinin- hamamın qalıqları var. Məbəd həyətinin daxilində təsərrüfat
quyusunun və karvansara binasının yerləri də qalıb. Qapılar qərb istiqamətində açılır.
Tədqiqatçıların fikrincə, məbəd Bizans memarlığı üslubunda inşa olunub. Bu məbəd Suriyadakı
Bosra məbədindən sonra xristian məbədlərinin ən görkəmli nümunəsi sayılır. Həmin dövrlərdə belə
məbədlərin tikintisində suriyalı rahiblər iştirak edirmişlər.
Məbədin özülü Qafqaz Albaniyasına xristianlığın gəlişinə qədər qoyulub. Ehtimal olunur ki,
məbəd albanların xristian dininə qədərki etiqad etdikləri Ay inancı ilə bağlı olub və Ay məbədi kimi
nəzərdə tutulub.
Alban çarı III Vaçaqanın təşəbbüsü ilə tikildiyi ehtimal olunan daha bir məbəd Qum kəndinin
mərkəzində, kiçik dağ çayının sahilində yerləşən məbəddir.
Üç tərəfdən eyvanla əhatələnən məbədin üç nefi (zalı) var. Məbədə şərq tərəfdən bitişik
kvadratşəkilli otaqlardan biri qurbangah, digəri ruhani otağıdır. Məbədin üç qapısı olub. Qapı-
ların üstü yarım qövsşəkilli tağlarla bəzədilib. Qapılar eyvanlara açılır. Alban çarının bu məbədi
tikdirməsinə səbəb təkcəhəmindövrdə insanları kütləvi olaraqxristianlığa cəlbetməkvəbuməqsədlə
çox sayda məbədlər inşa etdirmək deyildi. Bu məbədin də tarixi sənədlərə söykənən hekayəti var.
Alban tarixçisi Musa Kalankatuklu yazır: «Qafqaz Albaniyasında xristian dinini təbliğ edən ilk
missioner fələstinli Patrik Yelisey olub. Albaniyanın şimal-şərqində fəaliyyətə başlayan Yelisey bura-
da heç nəyə nail ola bilməyərək, Şəki vilayətinə gəlir və burada Kiş kəndində ilk xristian məbədinin
əsasını qoyur. YeliseyKişkəndindənZərqundərəsini keçib, bütpərəstlərinmüqəddəs səcdəgahlarının
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...204