50
Böyük türk-oğuz şairi Yunis Əmrənin təkcə Türkiyədə, Anadolu ərazisində
sayca 10-dan çox məzarı var. Lakin Yunis Əmrəyə məxsus olduğu güman
edilən ən qədim məzar Qaxın Oncallı kəndində, yerli əhali arasında Oğuz
adı ilə tanınan məzarlıqda yerləşir. Bu məzar Yunis Əmrənin mürşidi, yəni
müəllimi olmuş Şeyx Tapdıqla birlikdə olan yeganə məzarıdır.
Məzarların hər ikisi yerdən bir metr hündürlükdə, çaydaşından tikilmiş
hörgü ilə əhatələnir. Bir vaxtlar qəbirlərin üstündə olmuş daş kitabələrdən
biri sonradan itirilib. 1980-ci illərin sonlarında epiqrafik abidələri tədqiq edən
tarix elmləri doktoru Məşədixanım Nemətova yazılı başdaşıların surətini çı-
xardığı üçün insanlar bu gün həmin məzarlarda kimlərin dəfn olunduğun-
dan xəbərdardırlar.
Məşədixanım Nemətova tərəfindən oxunan kitabələrin məzmunundan
məlum olur ki, Şeyx Yunisin məzarının üstü, təxminən, 1400-cü ildə inşa olu-
nub. Şeyx Tapdığın qəbirüstü abidəsinin inşası isə 1786-cı ilə təsadüf edir.
Eyni dövrdə yaşamış iki şəxsin məzarının üstünün inşası arasında 400 ilə
yaxın bir fərq var. Məşədixanım Nemətovanın qənaətinə görə Yunis Əmrə
Azərbaycanda olarkən, vilayətləri qarış-qarış gəzərək, nəhayət, Qaxın Oncal-
lı kəndində qərar tutub.
Sufi Yunis Əmrəni Qax rayonuna gətirən səbəb burada məskunlaşmış, şa-
man dininə qulluq edən qıpçaq türkləri arasında İslam dininin təbliği olub.
İngilis şərqşünası Spenser Triminigeym yazır ki, köçəri türk tayfaları arasın-
da İslamın uğurla yayılmasının səbəbi sufi dərvişləri, xüsusilə də şair-ozanla-
rın fəaliyyəti ilə bağlıdır və bu şairlərin siyahısında Yunis Əmrənin də adını
çəkir.
Yun İ s Əmrə və Ş eyx Tapd ıq
məqbərəs İ
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...204