51
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Ehtimala görə Oncallıda qərar
tutan Şeyx Yunis ömrünün axırı-
na qədər burada yaşayır. Öləndən
sonra isə onu mürşidi Şeyx Tap-
dığın məzarının yanında dəfn
edirlər.
Hər iki şəxsin məzarının üstü
isə onların müridləri (şagirdləri)
tərəfindən götürülüb. Məzarlar
müxtəlif səbəblərdən dağıntılara
məruz qaldığından müridlər tez-
tez qəbirüstü yazıları təzələmək
məcburiyyətində qalıblar. Bəlkə
də yazıları təzələyən müridlərin
qeyri-dəqiqliyi səbəbindən ey­
ni dövrdə yaşamış iki şəxsin
məzarlarının üstünün inşasında
dörd yüz il fərq əmələ gəlib.
Hazırda hər iki məzar ziyarət
yeridir və yerli əhali, bura gələn
zəvvarlar üçün müqqədəs yer he-
sab olunur.
Qaxın təbiəti və burada yetiş­
dirilən cins qoyunlar bu ərazidə
toxunan xalçalara xüsusi çalar
verib.
Qax rayonunun özündə və
kənd­lərində toxunan xalçalar
Zaqatala bölgəsində toxunan xal-
çalarla eynilik təşkil edir. Qaxda
toxunan xalçalar, xüsusilə də, İli-
suda toxunan xalçalar öz xüsusi
texnologiyasına görə fərqlənir.
Onlar uzun və ensiz olur. Zaqa-
tala xalçalarından fərqli olaraq,
İlisuda xalçalar təkarğac üsulu
ilə toxunur və rəngləri 7 rəng
olmaqla çox şux olur. İlisu və
Sarıbaş kəndi çox qədim tarixə
X alça
toxumaq
mər a s İ mİ
Kənd məişəti. İlisu kəndi.
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...204