45
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
gələndə öz məqsədlərini həyata keçirmək üçün
hun hərbi qüvvələrindən istifadə edirdilər. Hun-
lar gah albanlarla, gah bizanslılarla əlbir olaraq,
iki böyük imperiya – Sasanilər və Bizans arasın-
da gedən siyasi və ideoloji mübarizədə iştirak
edirdilər.
Əgər Attilanın nəvələrinin burada gizlədilməsi
barədə məlumat dəqiq deyilsə, gizli qapı, təhlükə
zamanı istifadə olunacaq saxlanclar, müşahidəçi
məntəqələri, müdafiə qalası, bir sözlə, belə ciddi
müdafiə sistemi dinc təsərrüfatçı həyat yaşayan
rahiblərin nəyinə lazım idi? Bazilikalardan birinin
şimala açılan qapısını və pəncərəsini sonradan niyə
bağlamışdılar? Deməli, Attilanın izləri bu torpaqla-
ra uzanır. Sirli görünüşlü 7 rəqəminin magiyasında
olan bu kilsə - monastır kompleksi Attilanın izini
qoruyur. Qədim Qax torpağını böyük tarixlə bağ-
layır. Hunların yerli əhalini dəstəkləməsi və onla-
rın dininin müdafiəçisinə çevrilməsi təsadüfi deyil.
Eyni dildən, eyni dindən olan insanların bir-birini
müdafiə etməsi təbiidir. Məhz belə oldugu üçün
Attilanın vəliəhdləri bu torpağa gəlməli oldu­lar və
bu gün də onların izləri bu torpaqda yaşayır.
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...204