49
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
olduğu yerə gedir və orada şəhid olur. Onu kimin öldürdüyü məlum deyil.
Qatillər missionerin cənazəsini Qomenk adlanan bir xəndəyə atırlar və cəsəd
uzun müddət həmin xəndəkdə qalır. Çox illər keçəndən sonra cəsədin qalıq-
ları tapılır və Alban çarı həmin xəndəyin üstündə bir məbəd tikdirir».
Məbədin tikildiyi Qomenk ərazisinin hazırda hansı yer olduğu barədə bir
neçə ehtimal var. Bu ehtimallardan biri də Qomenkin Qaxın Qum kəndi ol-
duğu barədədir. Patrik Yelisey Kalankatuklunun bütpərəstlik kimi qeyd et-
diyi zərdüştlər yaşayan əraziyə getmişdi. Qədim ərəb mənbələrində isə Qax
ərazisinin Muqkan adlanan yerə aid olduğu deyilir. Gürcü salnamələrində
həmin yerin adı Movakan kimi keçir. Hər iki dildə bu söz «muqlar» (Qum/
Muq/Muğ) yaşayan yer anlamını verir. Belə ehtimal etmək olar ki, Yelisey
Kiş kəndindən Qax ərazisinə gəlib və Qum kəndində öldürülüb. III Vaça-
qanın bu yerdə məbəd tikdirməsi ehtimalı da məntiqlidir. Axı məlumdur
ki, xristianlığın erkən dövrlərində məbədlər əhali üçün müqəddəs sayılan
yerlərdə inşa olunurdu. Qumlular bu gün də bu abidələrindən fəxrlə da-
nışıb, Qafqazın ən qədim yaşayış məntəqələrindən biri olduğunu deyirlər.
Hələ üstəlik XII əsr mütəfəkkiri Şeyx Nizami Gəncəvinin də bu torpaqda
doğulduğunu deyirlər. Daha dəqiq desək, Nizami özü bunu deyir.
1...,41,42,43,44,45,46,47,48,49,50 52,53,54,55,56,57,58,59,60,61,...204