86
Y
olumuz İçərişəhərədir: “Azərxalça” Elmi
Yaradıcılıq İstehsalat Birliyinə. Bura vaxtilə
ölkəmizdə fəaliyyət göstərmiş bütün xalçaçı-
lıq müəssisələrini birləşdirən yeganə qurum
olub. Azərbaycanda xalçaçılıq sənətini məhz
bu idarə istiqamətləndirir və onun bənzərsiz
nümunələrini dünya bazarına çıxarırdı. 1927-
ci ildə artel şəklində yaradılan “Azərxalça”nın
öhdəsinə düşən vəzifə xalq tətbiqi sənətinin xal-
çaçılıq sahəsini koordinasiya etmək, onu dövlətin
nəzarəti altında saxlamaq idi. Ötən əsrin 80-ci
illərində isə “Azərxalça” Elmi Yaradıcılıq İsteh-
salat Birliyi adı altında fəaliyyət göstərən qurum
1995-ci ildən etibarən öz məhsullarını müstəqil
olaraq xarici bazara çıxarmağa başlayır. Həmin
dövrdə xalq rəssamı Kamil Əliyevin rəhbərlik
etdiyi qurum milli xalçaçılıq sənətinin inkişaf
etdirilməsində və onun dünyada tanınmasında
mühüm işlər görür. 1998-ci ildə İsveçrədə Dünya
Ticarət LiderləriKlubu tərəfindən“Ənyaxşı ticarət
markası”na, Amerikada isə yüksək keyfiyyətə
görə “Qızıl Amerika” nişanına layiq görülür. Son-
ralar bazar iqtisadiyyatına keçidlə əlaqədar ola-
raq, “Azərxalça”nın on dörd müəssisəsi özəlləşir.
Hazırda bu qurumun tabeliyində səkkiz iri xal-
çaçılıq müəssisəsi, habelə İsmayıllıda, Qəbələdə,
Lənkəranda, Hacıqabulda, Lahıcda, Bakıda bir
neçə sexi fəaliyyət göstərir. Bizim bura gəlişimizin
səbəbi də qurumun hazırkı vəziyyətini öyrənmək,
buradakı ecazkar xalçalarla tanış olmaqdır.
Qapını açıb içəri keçirik; “Azərxalça”nın güləriz
xalçaçı xanımları iş başındadırlar. Birliyin direk-
toru Əlisəfa Nuriyev bizi rəngarəng, nəfis naxışlı
xalçaların əhatəsində qarşılayır. Elə söhbətə də
xalçalarımızın gözəlliyindən, xalçaçıların isə çətin
işindən danışmaqla başlayır:
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...204