89
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
– Bəs, Azərbaycan xalçalarının xaricdə təbliği ilə bağlı nə deyə bilərsiniz?
– Bu gün xalçalarımız ermənilərin növbəti təcavüz obyektinə çevrilib. Təsəvvür edin, Ham-
burqda bir erməni dükan açıb, içindəkilərin hamısı Azərbaycan xalçalarıdır. Çox əfsuslar ki,
ermənilər vaxtilə oğurlayıb, qaçaqçılıqla buradan apardıqları qədim xalçalarımızı əvvəllər
Qafqaz xalçaları adı altında təqdim edirdilərsə, indi erməni xalçaları adı ilə tanıdırlar. Onlar
hətta Azərbaycan xalçalarından bəhs edən kitabları da öz adlarına çıxarıb erməni və xarici
dillərdə nəşr edirlər. Kitabın üzünü olduğu kimi köçürür, sadəcə “Azərbaycan” sözünü ya
Qafqaz, ya da “Ermənistan” sözü ilə əvəz edirlər. Ermənilər xalçaçılıqdan ideoloji, mənəvi
silah kimi faydalanırlar. Onlar öz adlarına çıxardıqları xalçalarımıza həsr olunmuş onlarla
veb sayt açıblar. Xalça biliciləri məsələnin nə yerdə olduğunu bilirlər. Amma gənc nəsil,
yeni müştərilər aldanırlar və Azərbaycan xalçalarına baxıb, erməni xalqının necə zəngin
mədəniyyətə sahib olduğuna heyrətlənirlər.
– Siz “Azərxalça” olaraq, bu məsələ ilə bağlı hansısa tədbirlər görmüsünüzmü?
– Mən Müəllif Hüquqları Agentliyinə, Standartlaşdırma Metrologiya və Patent üzrə
Dövlət Komitəsinə müraciət etmişəm. Bilirsiniz ki, bu qurumlar müxtəlif beynəlxalq
təşkilatların üzvüdürlər və onlarla sıx əməkdaşlıq edirlər. Bundan başqa, Avropa Birliyi-
nin “Saxta məhsul istehsalına qarşı mübarizə” haqqında qanunu mövcuddur. Ona görə
də, “Azərbaycan Xalçaları”nın müəlliflik hüququnun müvafiq beynəlxalq təşkilatlarda
təsdiqlənməsinə şərait yaranıb.
– Sonda “Azərxalça”nın gələcək fəaliyyəti barədə məlumat verərdiniz...
– Çox istərdim ki, xalqımızın milli sərvəti olan xalçaçılıq sənəti bir mərkəzdən koordina-
siya olunsun. Bu o demək deyil ki, dövlət tərəfindən nəzarət ayrı-ayrı müəssisələrin işinə
xələl gətirəcək. Məncə, bu sahədə dövlət nəzarəti mühüm rol oynayır. Bu, “Azərxalça”nın
da fəalliyətinə müsbət təsir göstərəcək. Son dövrlər milli xalçaçılıq sənətinin inkişafı üçün
bir sıra əhəmiyyətli addımlar atılıb. Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi
Mədəni İrsi siyahısına daxil edilməsi həqiqətən böyük hadisədir. Bu hadisə dövlətimizin
və xüsusilə də YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uzun illər gördüyü
işlərin nəticəsidir. Hazırda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi bu sahəyə qayğının bariz nümunəsidir. Nə qədər ki Azərbaycanda xalçasevərlər
var, xalça da olacaq.
Müsahibim nikbin notlarla sözlərini bitirir və mən geri qayıdıram. İçimdən
isə bir arzu keçir: yolumuzda, evimizdə həmişə öz xalçalarımız olsun!
1...,81,82,83,84,85,86,87,88,89,90 92,93,94,95,96,97,98,99,100,101,...204