92
- Neçə ildir bu sənətlə məşğulsunuz?
- Uşaqlıqdan, demək olar ki, dörd-beş yaşım-
dan. Anam xalça toxuyardu. Elə körpə vaxtından
xananın səsinə yuxudan oyanar, ilmə səsinə ya-
tardıq. Bu səs lahıclıların çoxunun laylasına çev-
rilmişdi. Uşaq vaxtı anamın yanında oturduqca,
yan-yörəsində fırlandıqca istəsək də, istəməsək
də bu sənət bizi özünə bağladı. Beləcə bu sənətə
marağımız yarandı, onu sevməyə başladıq. Orta
məktəbi bitirənə qədər xalçaçılıqla məşğul ol-
duq. Məktəbi bitirəndən sonra ali məktəbə daxil
olsaq da, başqa ixtisasa yiyələnsək də yenidən
bu sənətə qayıtdıq.
- İsmayıllı xalçalarında əvvəllər hansı naxış-
lardan istifadə edilirdi?
- Əsasən, Şirvan çeşnilərindən, naxışlarından­
istifadə olunardı. Şirvan xalçaları, palazları,
kilim­ləri, zililəri toxunardı. Toxunan xalçaların
sıxlığı isə 45, 48, 50 arasında idi.
- Bəs indi xalçalara hansı naxışlar vurulur?
- Azərbaycan xalçalarının ənənəvi naxışları
əsrlər boyu yaddaşlarda qalıb, bu günümüzə
qədər gəlib çıxıb. Müasir dövrdə də xalçaçılar
həmin naxışları xalçalara köçürürlər. İndi toxu-
nan xalçalarımızda da Şirvan xalçalarına məxsus
naxışlar üstünlük təşkil edir. Amma sifarişlərdən
asılı olaraq Qazax, Quba xalçaları da toxuyuruq
və bu xalıların alıcıları da çox olur.
- Şəxsi müəssisənizi yaratmısınız. Fərdi
şəkildə işlətmək çətin deyil ki?
- İlk müəssisəmizi ötən əsrin 90-cı illərində aç-
mışdıq. Türkiyəli iş adamları ilə birgə “Azər­bay­
can-Türk xalça şirkəti” yaratmışdıq. O vaxtlar iq-
tisadi vəziyyət ağır olsa da, şirkətimizdə doqquz
yüzə yaxın işçi çalışırdı. Eyni zamanda, evlərdə
xalça toxuyan xalçaçılarımız da vardı. Elə ev var-
dı ki, orada böyükdən kiçiyə, qadından kişiyə
- hamı xalça toxuyurdu. İstehsal olunan xalça-
ları Türkiyəyə göndərirdik. Həmin xalçalarda
Azərbaycan, türk naxışlarından istifadə edirdik.
Bu xalçalar təbii və süni boyalarla rənglənmiş
iplərdən toxunurdu. Həmin dövrdə İsmayıllıda
xalçaçılığa maraq xeyli artmışdı. O illər yığdı-
ğım təcrübə sonralar şəxsi işimi açmaqda mənə
kömək oldu. İndi öz şəxsi müəssisəmi işlədirəm.
Çətin deyil, bu sənəti sevirəm, xalçaçılıqla
məşğul olmaq mənə zövq verir. Sifarişlərimiz
də çox olur. Xalçalarımızın toxunuşu, sıxlığı,
xüsusən də iplərin təbii rənglərlə boyanması
diqqət cəlb edir.
- Çeşnilərdə dəyişikliklər edirsinizmi?
Son vaxt­lar xalça üzərinə hansı yeni naxışlar,
elementlər gətirmisiniz?
1...,84,85,86,87,88,89,90,91,92,93 95,96,97,98,99,100,101,102,103,104,...204