88
– Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
– Hesab edirəm ki, bizdə xalçaçılığın bir mərkəzdən idarə olunması daha məqsədəuyğun
olar. Bu, xalçaçılığın milli ənənələr çərçivəsində inkişafına təkan verməklə yanaşı, biznes
növü olaraq bu sahədə pərakəndəliyə də son qoyacaq.
– Vaxtilə tabeliyinizdə olan müəssisələrin əksəriyyəti özəlləşib. Onlar öz profili üzrə
fəaliyyət göstərirmi?
– Bazar iqtisadiyyatının qaydalarına görə özəlləşmə prosesi labüddür. Çevik iş prinsipi və
bazarın tənzimlədiyi şəraitə uyğunlaşa bilən müəssisələr öz profili üzrə fəaliyyət göstərir.
Bu tələblərə cavab verə bilməyənlər isə ya fəaliyyət istiqamətini dəyişib, ya da işini tamam
dayandırıb. Deməliyəm ki, özəlləşmiş müəssisələrin çoxu xalça istehsalı ilə məşğuldur.
Amma çox təəssüf ki, birliyin tabeliyində olan Zabratdakı Əyirici Boyaq kombinatı səhmdar
cəmiyyətə çevriləndən sonra tam yararsız hala düşüb və fəaliyyətini dayandırıb. Halbuki,
bir vaxtlar həmin kombinat ölkəmizin bütün xalçaçılıq müəssisələrini xammalla təmin edir-
di.
– Bəs, “Azərxalça”nın müəssisələrində toxunan xalçaların ipləri təbii, yoxsa kimyəvi
boyalarla boyanır?
– Kütləvi istehsalda, əsasən, kimyəvi boyalardan istifadə olunur. Bəzən də xalça hazır
liflərdən toxunur. Təbii boyaları isə yalnız sifarişə əsasən tətbiq edirik. Əgər sifarişçi təbii
boyalarla rənglənmiş iplərdən toxunan xalça sifariş edərsə, onda əlbəttə ki, tələbinə uyğun
məhsul əldə edər.
– Əlisəfa müəllim, işğal olunan ərazilərmizdə də “Azərxalça”nın müəssisələri var idi.
İndi onlar fəaliyyət göstərə bilirlərmi?
– Uzun illər Qarabağ xalça məktəbi çox məşhur olub. Həmin ərazidəki rayonların
əksəriyyətində bizim müəssisələrimiz var idi. İşğal nəticəsində Cəbrayılda və digər rayon-
lardakı müəssisələrimiz dağıldı, içindəki əmlakı ilə birlikdə ermənilərin əlinə keçdi. Bu,
Azərbaycan xalçaçılığına vurulmuş böyük zərbə oldu. Bu müəssisələrmizdən biri – Ağdam-
dakı müəssisə hazırda Bərdədə fəaliyyətini davam etdirir.
1...,80,81,82,83,84,85,86,87,88,89 91,92,93,94,95,96,97,98,99,100,...204