87
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
– Nəcib xanımlarımızın zərif əllərinin zəhməti, gözlərinin nuru hesabına ərsəyə gəlir xalçalar. Bu
nadir incilər xalçaçıların aylarla, bəzən də illərlə gördüyü işin, çəkdiyi zəhmətin və təfəkkürünün
bəhrəsidir. Bizim xalçalarımızda Azərbaycan təbiətinin bütün gözəllikləri əks olunur. Ona görə
xalçaları nə qədər vəsf etsək də, azdır. “Azərxalça”da istənilən çeşnidə xalça görə bilərsiniz. Çünki
bizdə Azərbaycan xalçalarının çeşni fondu var. Həmin fondda “Azərxalça”nın yarandığı gündən
bu günə kimi ölkəmizdə toxunan bütün xalça növləri toplanıb.
– Daha çox hansı çeşnilər maraq doğurur?
–Müasir dövrdə geniş yayılan və çox sevilən “Gülüstan” xalçasıdır. Bu xalçanın çeşnisini görkəmli
xalçaçı rəssam Kamil Əliyevin bacısı Mənzər Əliyeva müxtəlif xalça naxışlarımız əsasında çəkib.
Həmin xalça Leypsiqdə qızıl medal qazanıb. Quba xalçaçılıq məktəbinə daxil olan “Gülüstan” elə
bu ad altında kütləvi istehsala buraxılıb. Təbriz məktəbi istisna olmaqla bütün xalça məktəblərinə
aid nümunələri eyni dərəcədə yaşadırıq. Ən çox tələb olunanlar isə Quba, Şirvan xalçalarıdır.
Amma çox satıldığını əsas götürüb, yalnız bu xalçaları istehsal etmirik. Tələbi, sifarişi nəzərə alırıq,
amma digər xalça məktəblərini də diqqətdən kənarda qoymuruq.
– Quba, Şirvan xalçalarını hansı xüsusiyyətlərinə görə üstün tuturlar?
– Quba, Şirvan xalçaları naxışlarla zəngindir, xalçaya baxdıqda yerliyi görünmür. Bu cür toxunuş-
lu xalçalar alıcıları daha tez cəlb edir.
– Yeri gəlmişkən, “Azərxalça” xalçaların satışını necə həyata keçirir?
– Hazırda xalçalarımızı ancaq daxili bazara çıxarırıq. Xarici bazara kütləvi məhsul satışı dayandı-
rılıb, ora fərdi qaydada satırıq. Daxili bazarda isə böyük çətinliklərlə qarşılaşırıq. Ən böyük prob-
lemimiz ucuz işçi qüvvəsinin bol olduğu Çin, Pakistan, Əfqanıstan kimi ölkələrdən gətirilən ucuz
və keyfiyyətsiz xalçaların yerli bazarı zəbt etməsidir. Necə olur ki, bizim toxuduğumuz xalçaların
maya dəyəri 200 manatdan baha başa gəldiyi halda, kənardan gətirilən xalçalar burada 100 manat-
dan da ucuz satılır. Bu xalçaların bolluğu bizdə xalçaçılıq sənətini inkişafdan saxlayır, iş yerlərinin
itirilməsinə gətirib çıxarır. Eyni məsələ xarici bazarda da əl-qolumuzu bağlayır.
1...,79,80,81,82,83,84,85,86,87,88 90,91,92,93,94,95,96,97,98,99,...204