150
“Ailəmizdə bu sənətlə məşğul olan yox idi.
Yalnız məndə quramaya həvəs olub. Bir dəfə
qurama adyal gördüm, diqqətimi cəlb etdi.
Çox xoşuma gəldi. Bu əl işi yadımdan çıx-
mırdı. Sonra 1990-cı ildə 20 Yanvar hadisəsi
baş verdi və mən qəlbimdə olanları hansısa
bir vasitə ilə üzə çıxarmaq ehtiyacı hiss et-
dim. Bu vasitə qurama oldu. Beləliklə də, o
vaxtdan bu sənətlə məşğul olmağa başla-
dım. Qurama sənətini öyrənmək üçün, ilk
növbədə, istək və səbir olmalıdır. İşə başla-
dınsa, sonra bu parlaq, maraqlı, rəngarəng
aləmdən qurtula bilmirsən.”
Xalidə xanım əvvəllər daha çox ipək par-
çalardan istifadə edirmiş. Sonralar müxtəlif
parçalarla işləmək onun qarşısında yeni-ye-
ni imkanlar açıb:
“Qurama ilə məşğul olduğumu bilən
dost-tanışlar mənə müxtəlif parça qırıntıla-
rı gətirirlər. Bir gün tanışlarımdan biri mənə
çoxlu qalstuk verdi ki, bəlkə işimə yarayar,
bunlardan da bir qurama işi hazırlayaram.
Mən də bu qalstuklardan bir qurama ha-
zırladım və onu “İçərişəhərin sirləri” ad-
landırdım. Elə olur ki, bir işə on, bəzən də
yüzlərlə parça hissəsi işlədirəm. Bu işimə
isə yüzdən çox qalstuk istifadə etmişəm.
Evimdə mənə hədiyyə edilən qurama işləri
də var. Məsələn, çalışdığım otaqda balaca
masanın üstündə qədim qurama işi var. Bu
örtüyü mənə hədiyyə edən insanın nənəsi
bir vaxtlar qurama sənəti ilə məşğul olub.
Qarabağ hadisələri zamanı Bakıya köçmüş
bir xanım nənəsinin qurama üsulu ilə ha-
zırladığı örtüklərini də mənə verib. İllər
ötdükcə keyfiyyəti itsə də, mən onları bu
gün də çox dəyərli qurama nümunəsi kimi
sandığımda saxlayıram. Müəyyən layihə
çərçivəsində uşaqlara qurama sənətini
öyrətmişəm. Bir çoxlarına bu sənət maraqlı
gəlib, kiçik ölçülü işlər hazırlayıblar. Onla-
rı da qoruyub saxlayıram.”
Xalidə xanımın qurama işlərində istifadə
etdiyi rəngli parçalar onun daxili aləmini
əks etdirir. İşlərində konkret bir qanuna-
uyğunluq yoxdur. Xalidə xanım deyir ki,
bu sənət özü insanı istiqamətləndirir. Bu
sənətə təzə gəldiyi vaxtlarda hazırladığı
1...,142,143,144,145,146,147,148,149,150,151 153,154,155,156,157,158,159,160,161,162,...204