148
Çox qədim zamanlardan qənaətcil evdar xanımlar lazımsız parça qalıq-
larını yığar və onları məqsədəuyğun şəkildə yenidən işlədərdilər. Tikişçilər
bu rəngbərəng qalıqlardan evə lazım olan gözəl aksesuarlar hazırlayar-
dılar. Örtüklər, adyallar, yastıqçalar, salfetlər xanımların fantaziyasın-
dan, məharətindən xəbər verirdi. Müxtəlif parça hissələrinin bir-birinə
pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu isə qurama adlanırdı. Xanımla-
rımız həm artıq parça qalıqlarından səmərəli istifadə edir, həm də gözəl sənət
əsərləri meydana çıxarırdılar. Zaman keçdikcə bu gözəl əl işlərinə müxtəlif
naxışlar da əlavə edilir və qurama mükəmməl bir sənət növünə çevrilir. Mü-
asir dövrdə qurama məişətdə istifadə ilə yanaşı dekorativ əhəmiyyət də daşı-
yır. Qurama mozaika səciyyəvi yaradıcılıq işi olaraq bütün dünyada maraqla
qarşılanır. Çoxları, bəlkə də, insanların gecə-gündüz parça hissələrinə niyə bu
qədər əmək sərf etdiklərini başa düşmürlər. Amma tədricən bütöv bir bədii
əsərə çevrilən parça qalıqları adamı sehrli rənglər aləminə aparanda bunun
səbəbi aydın olur. Qurama təkcə tikmə işi deyil, həm də xoş əhvali-ruhiyyə ya-
radan sənətdir. Qurama nümunələri evdə isti, rahat ab-hava yaradır, ona rəng
çalarları qatır. Qurama sənəti ilə məşğul olan hər bir xanımın əl işində onun
daxili aləmini, zövqünü duymaq olar. Xalidə Nəsirova da öz iç dünyasını bu
rəngarəng aləm vasitəsilə ifadə edir:
1...,140,141,142,143,144,145,146,147,148,149 151,152,153,154,155,156,157,158,159,160,...204