152
quramalar bugünkü işlərindən fərqlənir.
Əvvəllər Xalidə xanımın işləri üslub və
məzmun baxımından daha sadə idisə, indi
onlar daha mürəkkəb, daha dərindirlər. “Ba-
har”, “Azərbaycan gələcəkdə” kimi qurama-
ları Xalidə xanımın fərqlənən işlərindəndir.
VII Beynəlxalq Plakat müsabiqəsi çərçivəsi
daxilində hazırladığı, insanları qədim
abidələri qorumağa səsləyən “SOS, SOS, İm-
dad!” adlı quraması da seçmə işlərindəndir.
Xalidə xanımın kolleksiyasında qurama
üsulu ilə tikdiyi uşaq adyalları da üstün-
lük təşkil edir. Bu adyallar üçün o, əsasən
rəngarəng, güllü parçalardan istifadə edib.
Xalidə Nəsirova maraqlı quramaları ilə
bir çox müsabiqələrin iştirakçısı olub və
mükafatlar əldə edib. 1999-cu ildə II Res-
publika Xalq Yaradıcılığı müsabiqəsində
3-cü yerə, 2000-ci ildə VII Beynəlxalq Pla-
kat müsabiqəsində mükafata layiq görü-
lüb. 2004-cü ildə isə Ümumazərbaycan
toxuculuq müsabiqəsinin qalibi olub. O,
eyni zamanda bir çox sərgilərdə də işti-
rak edib. 1998-ci ildə fərdi sərgisi keçiri-
lib. Bakı İncəsənət Mərkəzi və Respublika
sərgilərinin daimi iştirakçısıdır. 2004-2005-
ci illərdə Tiflis şəhərində keçirilən “ART
Qafqaz” sərgisində də iştirak edib.
Əcnəbilərin də Xalidə xanımın işlərinə bö-
yük marağı var:
“Baxmayaraq ki, bir çox xarici ölkələrdə
qurama sənəti var, amma əcnəbilər mənim
işlərimə də böyük maraq göstərirlər. On-
ları daha çox sadə üslublu quramalar ma-
raqlandırır. Kvadrat və ya düzbucaqlı
parça qırıntıları ilə hazırlanan həndəsi üs-
lublu quramalara üstünlük verirlər. Amma
mən əsasən mürəkkəb üslublu quramalar
tikirəm. İstifadə etdiyim parçaların konkret
forması, rəng ahəngi olmur. İçimdən necə
gəlirsə, elə də tikirəm.”
Xalidə xanım örtüklərlə yanaşı kiçik ba-
lış və mütəkkələr, jiletlər də hazırlayır.
Onun əsərləri Azərbaycan Dövlət İncəsənət
1...,144,145,146,147,148,149,150,151,152,153 155,156,157,158,159,160,161,162,163,164,...204