154
Yarım əsr əvvəl mis əşyalar evlərimizdə mətbəx ləvazimatı kimi işlənir,
bu metaldan hazırlanan sinilər, çaydanlar, qazanlar evdar qadınların,
aşpazların məişətinin əvəzolunmaz tərkib hissəsi sayılırdı. Bu gün isə
onlar, daha çox, dekorativ bəzək, orijinal hədiyyə qismində turistlərin
diqqətini cəlb edir. Amma kənd yerlərində demək olar ki, hər bir evdə
mis avadanlıqlar hələ də işlənməkdədir. Hələ də bəzi sənətkarlar bu
sənəti yaşadır, onu nəsildən-nəslə ötürməyə çalışır. Məmməd Fəhimov
uşaqlıqdan bu sənətlə məşğul olur. Özü Gəncədə yaşayıb-yaratsa da,
əslən misgərliyin vətəni sayılan Lahıcdandır. Atası Soltan kişi adla
tanınan, sayılıb-seçilən misgərlərdən olub. Məmməd kişinin ba-
bası da misgər olub, elə bu sənət də ona sələflərindən miras
qalıb:
“Bu sənəti uşaqlıqdan öyrənmişəm. Babam atama, atam
da mənə öyrədib. Atam usta Soltan cavan yaşlarında Lahıcdan
Gəncəyə köçüb. Bu sənətlə üç bacısına, iki qardaşına
baxıb, onları oxudub. Mən də uşaq vaxtı ona dükana
yemək aparırdım, bir gün atam dedi ki, gəl sən də bu işi
öyrən, gələcəkdə bu sənətə ehtiyac olacaq. Qoy camaat
çətinliyə düşməsin. Mən də elə o vaxtdan meylimi saldım
bu sənətə. Çəkici götürdüm, yavaş-yavaş, gündən-günə, aydan-
aya, ildən-ilə misgərliyin incəliklərini öyrənməyə başladım.”
ЭЯНЖЯ
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
Məmməd Fəhimov
Bu iş
peşəkarlıq və
səbir tələb edir
1...,146,147,148,149,150,151,152,153,154,155 157,158,159,160,161,162,163,164,165,166,...204