156
Həsənova
Nüşabə
GЮYЧЯ
ЯZИZLИ KЯNDИ
15 yaşından xalça toxuyuram. Bu sənəti nənəmdən,
anamdan öyrənmişəm. Gözümü açandan onları xalça
toxuyan görmüşəm. Yunu darayardılar, əyirərdilər,
biz də onlara baxıb öyrənərdik. Evdə altı bacı olmuşuq.
Hamımız xalça toxuyardıq. Anam ipləri özü boyayardı.
Bitkilərdən alınan təbii boyaqla rəngləyərdi ipləri. Bu
boyaları andız ağacından, palıd ağacının qabığından,
çiçəklərdən alardı. Qarabağ, Şirvan, Qazax, Zəngəzur
xalçaları toxuyardıq. Naxışları nənəmin, anamın əlinə
baxıb öyrənmişəm. Xalçaları daha çox açıq-sarı, tünd-
qırmızı rənglərdə toxuyardıq. Xalça toxumaqdan böyük
zövq alıram. Bu sənət çox ağır işdir. Amma toxuduqca
həvəslənirsən.
1...,148,149,150,151,152,153,154,155,156,157 159,160,161,162,163,164,165,166,167,168,...204