155
İndi Soltan oğlu ustaMəmmədAzərbaycanda
ən yaxşı misgərlərdən sayılır. Onun ema-
latxanasını su səhəngləri, plov qazanları,
sinilər, samovarlar və əcnəbi turistlərin çox
bəyəndiyi durna çıraqları bəzəyir. Usta
Məmməd deyir ki, mis qabda hazırlanan
yeməklərin əvəzi yoxdur:
“Toy şənliklərində, məclislərdə mis
qazanlarda dəm alan plovun, bişirilən
buğlamanın dadına heç nə çatmaz. Əgər
tamlı, ləzzətli yemək istəyirsənsə, onu
mis qazanda bişir. Mis samovara su tö-
küb qaynadırsan, ondan çay dəmləyib
içirsən: tamam başqa dad verir. Ona
görə deyirlər ki, samovar çayının ləzzəti
başqadır. Novruz bayramında mis sinilərdə
bişirilən paxlavaların dadından doymaq olmur.
Mis qablar yeməyə xüsusi tam verir. Ona görə də
mətbəxdə mis qablara çox ehtiyac var. Naxışlı qab-
lar, durna çırağı isə hər evin yaraşığıdır. Durna çırağı qədim dövrlərdən
istifadə olunur. Dağa gəzməyə getdin, işdir, qaranlığa düşdün, bu çıraq
köməyinə çatacaq. Hər iki tərəfdən yanır, hər tərəfə işıq salır.”
Mis əşyaların hazırlanması çox vaxt və ustalıq tələb edir. Bu meta-
lı öz istəyinə uyğunlaşdırmaq böyük səbir tələb edir. Usta Məmməd
misgərliyə həvəs göstərənlərin olduğunu desə də, hər adamın bu çətin
sənətin öhdəsindən gələ bilmədiyini söylədi:
“Misgərlik çox çətin sənətdir. Bu iş peşəkarlıq və səbir tələb edir. Neçə
nəfər bu sənəti öyrənmək üçün yanıma gəlib, amma iki gündən sonra
çıxıb gediblər. İşləyə bilməyiblər. Çətin sənətdir. Amma övladlarımın
hir ikisi - Röyalla, Ruslan bu sənətə yiyələniblər. Necə ki atam mənə
bu dədə-baba sənətini öyrədib, mən də övladlarıma öyrətmişəm. Mis
yüksək plastikliyə malik olduğu üçün onun üzərində ən xırda detal-
ları da işləmək olur. Ruslan mis üzərinə elə oymalar, elə qədimi na-
xışlar vurur ki, deyərdim, indi bunu heç kim bacarmır. Özü öyrənib.
Mən də belə naxışlar vurmamışam. Çox həvəskardır. Övladlarım
məndən sonra bu işi layiqincə davam etdirə biləcəklər”.
Usta mis qablara tələbatdan, onların satışından şikayətçi de-
yil. Əməyinin, çəkdiyi zəhmətin əvəzini gördüyünü deyir. Yerli
sakinlər plov qazanlarına, çaydanlara, sinilərə, əcnəbi turistlər
isə interyeri bəzəmək üçün naxışlı qablara üstünlük verirlər.
Növbənöv samovarlar isə həm yerli camaatın, həm də rusların
maraq göstərdiyi bir məmulatdır. Usta Məmmədin sözlərinə
görə, misgərliklə məşğul olmağın cana faydası var:
“Misgərlik sənətində işləyən adamın ömrü uzun olur. İşlədikcə misin
tozları çıxır. Bu tozlar isə bədənə xeyirdir, onu müalicə edir. Mis çaydan-
da su qaynatdıqda, mis onun tərkibindəki zəhərli kimyəvi maddələri
özünə çəkir. O suyun çayı da tamlı olur. Misgərliyin insana ziyanı yox-
dur. Babam 110 il ömür sürüb. Evində işlətdiyi bütün qablar da misdən
olub”.
1...,147,148,149,150,151,152,153,154,155,156 158,159,160,161,162,163,164,165,166,167,...204