157
Əkbərova
Səxavət
ШЯКИ
Təkəlduz bizim kökümüzdən, irsimizdən
gələn bir sənətdir. Bizim nəsil XVI-
II əsrdən bəri bu işlə məşğuldur. Vaxtilə
babam tanınmış təkəlduzçu olub. Onun
babaları da bu işin ustası olublar. Rusi-
yada “Muzey Vostoka”da bizim nəslə
məxsus olan işlər var. Anam ingilis dili
müəlliməsi olsa da, 40 ilə yaxındır ki,
təkəlduzçuluqla məşğuldur. Hətta ana-
mın bəzi işləri Bakıda Xalça Muzeyində
saxlanılır. Özüm 7 saylı məktəbdə əmək
müəlliməsi işləyir, eyni zamanda bu
sənətdən dərs deyirəm. Uşaqlar təkəlduz
sənətinə böyük maraq göstərirlər. Çox-
lu tələbələrim var. İşlədiyim təkəlduzları
babalarımın tikmələri əsasında hazırla-
yıram. Ona görə də əl işlərimdəki naxış-
ların hamısı XVIII əsrə aiddir. Qədim
ənənələri yaşatmaq üçün əsrlərdən süzü-
lüb gələn ornamentlərlə işləməyi üstün tu-
turam. Həm də özümü bu ornamentlərlə
daha yaxşı ifadə edirəm. İstifadə etdiyim
iynələr də əcdadlarımdan yadigar qalıb.
Heç bir təkəlduzçuda belə iynələrə rast
gələ bilməzsiniz. Müxtəlif mövzuda əl
işlərim var. 15 yaşımda işlədiyim təkəlduz
Moskvada müsabiqədə birinci yerə çıxmış-
dı. Fərqli işlərimdən biri də Məhəmməd
Füzulinin “Leyli və Məcnun” əsərinin
təkəlduz formasıdır. Onun ölçüsü də digər
işlərimdən böyükdür.
1...,149,150,151,152,153,154,155,156,157,158 160,161,162,163,164,165,166,167,168,169,...204