180
Tanınmış xalça mütəxəssisi professor Vidadi Muradovun rəhbərliyi ilə
“Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı layihə çərçivəsində Azərbaycan
xalçaçılığının ayrı-ayrı mərktəbləri üzrə nəşrlər hazırlanır. Nəfis tərtibatı ilə
fərqlənən bu nəşrlər Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq ənənələrini,
onların özünəməxsus xüsusiyyətlərini əhatə edir. Nəşrlərdə hər bir xalça
məktəbi araşdırılır, onun səciyyəvi xüsusiyyətləri göstərilir və Ümumazərbaycan
xalçaçılığında əhəmiyyəti müəyyənləşdirilir. Azərbaycan xalçaları dünyanın
nadir incəsənət hadisəsi hesab olunur. Azərbaycan xalqının qürur mənbəyi olan,
nəsillərdən-nəsillərəyadigarqalanxalçaçılıqsənətihəmdəincəsənətimizindünya
mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Ona görə də sözügedən nəşrlərin
istər yerli, istərsə də dünyanın ənməşhur kitabxanalarına, incəsənət mərkəzlərinə
və sənətşünaslıq üzrə mütəxəssislərə çatdırılmasına böyük önəm verilir. Bu
xeyirxah tədbirlər onlar tərəfindən də rəğbətlə qarşılanır, Azərbaycan xalçalarına
dair nəşrlər yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu kitabxanalarından və
muzeylərindən bu barədə redaksiyamıza daxil olan məktublardan bəziləri ilə
sizi də tanış edirik.
M ktublar
Hörmətli Prof. Muradov,
Göndərdiyiniz nəşrlər bizə çatıb və biz bu hədiyyələri çox dəyərlən-
diririk. Sizi xalçaçılıq sahəsindəki işlərinizə görə təbrik edir və Sizə
böyük uğurlar arzu edirik.
Almaniyadan salamlar və ehtiramla,
Dr. Bruno Öhrig & Simone Jansen
Leypziq Etnoqrafiya Muzeyi
(Almaniya)
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,172,173,174,175,176,177,178,179,180,181 183,184,185,186,187,188,189,190,191,192,...204