178
Bu ilin may ayında Yeni Yazarlar və
Sənətçilər Qurumu tərəfindən Gənclər və İd-
man Nazirliyi, Gənclər Təşkilatları Milli Şura-
sı və Azərbaycan Yazıçılar Birliyinin təşkilati
dəstəyi ilə XII Bakı Kitab Bayramı təşkil
olunub. Azərbaycan Xalq Cümhuriyyətinin
94, Mirzə Fətəli Axundzadənin 200 il-
lik yubileyinə və “Eurovision-2012” mah-
nı müsabiqəsinə həsr olunmuş tədbir
çərçivəsində Milli Kulturoloji Müsabiqənin
qalibləri də elan edildi. Müsabiqədə “Azər-
İlmə” xalçaçılıq şirkətinin “Azərbaycan xalça-
ları. İrəvan qrupu” kitabı ən yüksək mükafata
– “İlin incəsənət abidəsi” adına layiq görülüb.
Tanınmış xalça mütəxəssisi, professor Vida-
di Muradovun müəllifi olduğu “Azərbaycan
xalçaları bütün məktəbləri ilə” adlı layihənin
növbəti nəşri olan kitab Azərbaycan tarixi-
nin qədim “şifrələrini” məharətlə açdığına,
elmi-kulturoloji dəyərinə, incəsənət – sahə
ədəbiyyatını zənginləşdirdiyinə görə müka-
fatlandırılıb.
İllikMilli Kulturoloji mükafatların təqdimat
mərasimində Yeni Yazarlar və Sənətçilər Qu-
rumunun sədri, yazıçı-kulturoloq Aydın Xan
(Əbilov), Azərbaycan Yazıçılar Birliyinin ka-
tibi, xalq yazıçısı Çingiz Abdullayev, eləcə də
rəsmi dövlət qurumlarının nümayəndələri,
Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının nümayəndələri və başqa qo-
naqlar çıxış edərək təbriklərini çatdırıblar.
“Azərbaycan xalçaları. İrəvan qrupu”
kitabı “İlin incəsənət abidəsi” oldu
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,170,171,172,173,174,175,176,177,178,179 181,182,183,184,185,186,187,188,189,190,...204