12
uçub gəlmiş uzunqanad quşların yuvalarını aşkar etdik. İDEA Kampaniya-
sı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə bu
quşlar üçün alternativ yuvalar tikdi. Mən böyük məmnuniyyətlə
məlumat verirəm ki, quşlar yeni yuvalarına köçmüşdür.
Əziz dostlar, bu gün burada dünyanınmüxtəlif ölkələrindən, eləcə
də Azərbaycandan 23 rəssam iştirak edir. Mən onların bəzilərini
tanıyıram, artıq “Qız qalası” festivalında iştirak etmişlər. Bəziləri
peşəkar, bəziləri isə mənim kimi incəsənəti sevən həvəskar rəssamlardır.
Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif
ölkələrindən gəlmiş rəssamlara bir-birlərinə məhəbbət, sülh və qarşı-
lıqlı anlaşmamesajını çatdırmağa imkan yaradır. Bumesaj bizim İDEA
Kampaniyasının şüarına da tam uyğundur: “Bir planet—bir gələcək”.
Sizin hamınıza bu sərgidə iştirak etdiyinizə görə təşəkkür edirəm.
Bu sərgi bir müddət Bakıda keçiriləcəkdir. Biz bu sərginin müxtəlif
ölkələrdə keçirilməsini də planlaşdırırıq.
Sərginin təşkil edilməsində köməyi olanların hər birinə, xüsusilə
də rəssamlara təşəkkür edirəm. Mən hesab edirəm ki, siz həqiqətən
gözəl iş görmüsünüz.
Bakıya gəldiyiniz üçün bir daha sağ olun. Ümid edirəm ki, bizim
gözəl şəhərimizdə olmağınızdan məmnun qalacaqsınız. Hamınıza
can sağlığı, xoşbəxtlik və məhəbbət arzulayıram.
Tədbirdə “Qız qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalına
həsr edilmiş videomaterial nümayiş etdirilib. Builki festivalın digər
fərqləndirici cəhəti isə Qız qalası üzərində video-mappinq texnologiya-
sının təqdim edilməsi olub. Festivalın bağlanış mərasimində Qız qalasının
üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun
olanQız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər
yaradılıb.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Ta-
rix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qala-
sı” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilib.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...204