11
— Xanımlar və cənablar!
Əziz dostlar!
Hər şeydən əvvəl, sizi gözəl
şəhərimiz Bakıda salamla-
yıram. “Qız qalası” Üçüncü
Beynəlxalq incəsənət festi-
valı çərçivəsində keçirilən
“Böyük beşlik” sərgisinə xoş
gəlmisiniz.
Biz bu festivalı üçüncü
dəfədir ki, keçiririk. Çox bö-
yük uğur qazanan bu festival
Bakı sakinlərinə dünyanın
fərqli ölkələrindən müxtəlif
rəssamların yaradıcılıq nümu­
nələri ilə tanış olmağa imkan
verir.
Bu gün biz burada Azər­
baycanda və Cənubi Qafqazda
ən gözəl, lakin nəsli kəsilmək
təhlükəsi ilə üzləşən heyvan-
lardan biri olan ceyranı nü-
mayiş etdiririk. “Böyük beşlik” sərgisi diqqəti
Azərbaycanda və regionda nəsli kəsilmək təh­
lükəsi ilə üzləşən heyvanlara cəlb etmək üçün
təşkil edilmişdir.
İDEA Kampaniyası nəsli kəsilmək təhlükəsi
ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qaf-
qaz bəbirini “Böyük beşliy”ə daxil etmişdir. Bu
gün biz nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu
canlılara nümunə kimi ceyrandan istifadə edi-
rik. Ceyran Azərbaycanın sehrli nağıllarında
və musiqilərində hər zaman zəriflik və gözəllik
rəmzi olmuşdur. Heydər Əliyev Fondu Eko-
logiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə
ceyranların təbii yaşayış mühitinə köçürülməsi
layihəsini reallaşdırmışdır. İDEA olaraq biz bu
layihəyə daha çox yaradıcı və bədii yanaşma nü-
mayiş etdirmək qərarına gəldik.
Bildiyiniz kimi, İDEA Kampaniyası təxminən
bir il əvvəl yaradılmışdır. Bumüddət ərzində biz
ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr
həyata keçirmiş və
çox müsbət nəticələr
əldə etmişik.
Yarım saat bun-
dan əvvəl biz Dövlət
İdarəçilik Akademi­
ya­sında resurs mər­
kə­zini açdıq. Bu mər­
kəz insanlara ətraf
mühitlə bağlı araş-
dırmalar aparmağa
imkan verəcəkdir.
İDEA-nın
digər
ma­raqlı bir layihəsi
burada, qədim Qız
qa­lasının qarşısında
reallaşdırılır. Qız qa-
lasında bərpa işləri
aparılarkən biz Afri-
kadan Azərbaycana
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...204