34
A
zərbaycanın hər bir xalçaçı-
lıq qrupunda olduğu kimi,
Abşeronda da xalçaların öz
toxunma, emal üsulları olub. Bununla
yanaşı, bu bölgənin əhalisi tələbata uy-
ğun olaraq Xəzər sahilində, dəniz suyu
və sabunu əvəz edən gilabı ilə xaçaların
yuyulmasına daha çox üstünlük verib-
lər. Qala kəndində əldə edilən gilabı ilə
yuyulan xalçaların xovu daha parlaq və
yumşaq görünürdü.
Abşeron torpağı dağ-mədən yataqla-
rının məskəni kimi də şöhrət qazanıb.
Dəvə karvanı ilə buradan tuluqlarda
neft, torbalarda duz, gilabı və başqa
dağ-mədən məhsulları xarici ölkələrə
daşınmaqla yanaşı, yerli əhali də on-
lardan istifadə edirdi. XIX əsrin 30-cu
illərində Qalanın duz gölündən 30 min
xalvaradək duz toplanmışdı. Masazır
gölündən toplanan duzdan da illər boyu
Abşeronda ipliklərin boyanmasında
əvəzedilməz bərkidici maddə kimi
istifadə edilib.
Bir qayda olaraq, öz həzin palitra-
sını Abşeronun spesifik təbiətindən
– mavi Xəzərdən, kəhrəba qumlar-
dan, bal rəngli salxımlardan, qızılı
çalarlı zəfərandan almış bu xalçalar-
dakı özünəməxsus bədiilik boyakarlıq
əsərlərində olduğu kimi sakit rənglərin,
1.
2.
3.
1.
Köhnə Bakı.
2.
Xalça dükanı. Bakı.
3.
Xalça. “Bakı”. Yun. Xovlu. 150x130. 1800-cü il. Bakı qrupu.
Azərbaycan.
4.
Xalça. “Qala”. Yun. Xovlu. 350x170. XIX əsrin əvvəlləri. Bakı
qrupu. Azərbaycan.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...204