35
həzin yarımtonların üzərində qurulub. Bakı xalçala-
rında üstünlük təşkil edən rəng harmoniyası əksər
hallarda memarlıqda istifadə edilən “kaşı” bəzək üs-
lubunun mavi, sürməyi rənglərinə və şəkəri, sumağı
tonlarına uyğun seçilirdi.
Abşeron xalçalarını bəzəyən sokral və ezoterik
işarələr sistemi, zoomorf təsvirlər, nəbati elementlər
bəşəri məzmunlu atributlardan olub, əbədi dünyanın
dərk edilməsinin sirlərini, xalqımızın erkən dini-mi-
foloji və əxlaqi təsəvvürlərini estetik ahəngdarlıq
qanunları vasitəsilə əks etdirir. Bu qrupa məxsus
çeşnilər tarix boyu xalq sənətkarları tərəfindən yaşa-
dılıb və yeni təsvir üslublarının yaranmasına zəmin
yaranıb.
SuraxanıAtəşgahməbədində yanar alovun üzərində
ucaldılmış svastika nişanı, günəşin təsviri bu yerlərin
qədim sakinlərinin hələ keçmiş zamanlardan oda,
alova sitayiş etmələrini sübut edir. “Suraxanı” xalça-
sı üzərində təsvir edilmiş göl – tək, bölünməz enerji
mənbəyi və ondan ətrafa paylanan şüalar insanların
ilk inancları ilə bağlıdır.
Bakının Əmircan kəndində toxunan “Xilə-buta”
xalçalarındakı klassik “buta”, “Xilə-Əfşan” xalçasına
məxsus “sacayaq” elementləri də atəşpərəstliklə bağ-
lı olub odu, müqəddəs ocağı, mifoloji quşlar nur və
işıq mənbəyinin simvolu olub Tanrı ilə yer arasında
əlaqə yaradan ilahi varlığı, müxtəlif üçbucaq formalı
asmalar isə göz və nəzər qaytarılması üçün inanclar-
la əlaqəli yozulan elementlərdəndirlər. “Novxanı”,
“Fatmayı”, “Bakı”, “Suraxanı” xalçalarının bədii
strukturlarının əsasını təşkil edən pilləli və ya altıbu-
caqlı, səkkizbucaqlı “göllər” kainat, fəza cisimləri ilə
bağlıdır. Onlar da vahid enerji mənbəyini tərənnüm
edirlər. Bu göllərin içərisini bəzəyən sxematik əyri
və sınıq xətli işarələr arxaik inancların bədiiləşmiş
dili ilə tərənnüm edilən müsbət enerjinin daşıyıcıla-
rıdırlar.
Bir sıra xalça məktəblərində olduğu kimi Bakı
xalçalarının da çoxu, bir qayda olaraq, toxunduğu
ərazinin adını daşıyırlar. Bəzi hallarda isə nümunənin
toxunduğu məkanı bildirən yer adlarının yanında
kompozisiyanın quruluşunu və ya əsas elementləri
anladan ifadələrdən də istifadə edilir. “Xilə-Əfşan”
xalçasında Xilə – Əmircan kəndinin adı olduğu
halda, Əfşan – "səpələnən", "paylanan" anlamında
işlənir. Yaxud “Xilə-buta” xalçasında ardıcıl olaraq
düzülmüş elementləri “buta” təşkil edir.
Bakı xalçaları üçün (“Xilə-Əfşan”) nəbati
elementlər də xarakterikdir. Palmet, tənək yarpaq-
ları, islimi elementləri ənənəyə görə xalça üzərində
bərabər yerləşdirilir. Bəzən “islimi” Avropada “ara-
besk” deyə adlandırılsa da, bu naxışın mənası yeni,
gənc pöhrə, cücərti deməkdir; yəni sonsuza doğ-
ru davam edə biləcək cücərtiyə bənzətmədir. Digər
çiçəklər və yarpaqlar isə cənnətə olan işarə, cənnətin
rəmzi sayılır.
Bakı xalçalarının haşiyə zolaqlarını bəzəyən na-
xışları arasında ən geniş yayılmışı “kufi”dir. “Kufi”
haşiyə zolağı özünəməxsus quruluşa malikdir.
Adətən, ana haşiyəni təşkil edən “kufi”nin tarixi İsla-
mın təsviri sənətə olan təsiri ilə əlaqələndirilir. Düz-
bucaqlı formalı qəfəslər mavi və ya sumağı yerlikli
4.
1...,27,28,29,30,31,32,33,34,35,36 38,39,40,41,42,43,44,45,46,47,...204